Dmitri Peskov: Münaqişənin həllinə ABŞ yox, Ukrayna ilə nail olmaq lazımdır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiya Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu təsdiq edir, lakin Kiyevdən hələ cavab yoxdur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin atəşkəs rejiminin yaradılmasını dəstəkləyir, lakin ilk növbədə bir sıra nüansları həll etmək lazımdır.
"Putin sülh yolu ilə nizamlanmaya açıq olaraq qalır", - deyə Peskov qeyd edib.
O əlavə edib ki, Ukrayna böhranı dərhal həll edilə bilməyəcək qədər mürəkkəbdir, lakin Rusiya sülh yolu ilə nizamlanmaya nail olmaq üçün göstərdiyi səylərə görə ABŞ-yə minnətdardır.
Eyni zamanda, Dmitri Peskov vurğulayıb ki, nizamlanma ABŞ ilə deyil, Ukrayna ilə əldə olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















