DMX regionlarda səyyar xidmətləri davam etdirir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən regionlarda səyyar xidmətlər davam etdirilir.
Bu barədə XQ-yə DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağsu, Yevlax, Gəncə, Babək, Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Bərdə, Ucar, Tərtər, Mingəçevir, Gəncə və Xaçmazda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı DMX-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması) ilə bağlı tələb olunan sənədlər yerindəcə qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 05 Mart 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















