Icma.az
close
up
RU
DNA: Vardanyan bu şəxs vasitəsilə cinayət məsuliyyətindən yayınmağa çalışır

DNA: Vardanyan bu şəxs vasitəsilə cinayət məsuliyyətindən yayınmağa çalışır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Pakistanın "hüquq müdafiəçisi" Səidə Qulam Fatimə terrorizmi və separatizmi dəstəkləməkdə ittiham olunaraq Bakıda məhkəməsi keçirilən Ruben Vardanyana dəstək prosesinə qoşulub.

Bakıvaxtı.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Diplomatic News Agency (DNA) nəşrinin bir çox aparıcı KİV-də dərc edilmiş məqaləsində bildirilib.

KİV yazır ki, Qulam Fatimə "Vardanyanın məhkəmə prosesində iştirak etmək üçün" Bakıya gedəcəyi barədə səs-küylü bəyanat verib. Lakin vəkilin oliqarxla əlaqəsi onun "humanist prinsiplərini" şübhə altına alır.

Fəalın humanitar fəaliyyəti nədənsə erməni terrorizminin çoxsaylı qurbanlarına deyil, postsovet məkanında və onun hüdudlarından kənarda çirkli pulların yuyulması, terrorizmin və separatizmin maliyyələşdirilməsində əli olan milyarderə yönəlib.

Diqqətlə nəzər saldıqda "hüquq müdafiəçisinin" motivasiyası daha da aydın olur: o, hələ 2016-cı ildə oliqarx Vardanyandan "Avrora" mükafatı adı altında 100 min dollar alıb.

Yəni onun iştirakı sadəcə hüquqi və ya humanitar maraq deyil, tarixən Azərbaycana qarşı terroru, çirkli pulların yuyulmasını və insan hüquqlarının pozulmasını dəstəkləyən daha geniş şəbəkənin bir hissəsidir.

Onilliklər boyu ermənilər azərbaycanlılara qarşı kampaniyalar aparıb ki, bu da minlərlə etnik azərbaycanlının Qərbi Azərbaycandan (indiki Ermənistan) zorla köçürülməsinə səbəb olub. Ermənistan hökuməti sistematik olaraq onların hüquqlarını pozub, qanuni şəkildə qayıtmasına mane olub və mədəni irs obyektlərini dağıdıb. Lakin Səidə Qulam Fatimə kimi "hüquq müdafiəçiləri" bu vəhşiliklər barədə susub.

Müasir tarixin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı 1992-ci il fevralın 26-da erməni qüvvələri tərəfindən törədilib və nəticədə yüzlərlə dinc azərbaycanlı, o cümlədən qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Çoxsaylı beynəlxalq təşkilat və dövlətlərin tanıdığı bu cinayət Ermənistanın tarixində qara ləkə olaraq qalır.

"...Səidə Qulam Fatimə Xocalı qurbanlarını müdafiə etmək əvəzinə, bu cür vəhşiliklərə görə məsuliyyət daşıyan separatçı rejimləri dəstəkləməkdə müəyyən rol oynayan Ruben Vardanyan kimi şəxslərlə əməkdaşlığa üstünlük verib. Bu, onun həqiqi motivləri və fəaliyyətinin həqiqətən humanitar məqsədlərə xidmət etməsi, yoxsa sadəcə daha geniş siyasi və maliyyə korrupsiyası sxemində növbəti əlaltının olması ilə bağlı ciddi etik suallar doğurur", - məqalədə bildirilib.

Ermənistanın hərbi təşkilatları, o cümlədən ASALA və digər ekstremist qruplaşmalar Azərbaycan dinc sakinləri və rəsmilərinə qarşı terror aktları törədib və uzun illər ərzində partlayışlar, qətllər və hərbi təcavüzə görə məsuliyyət daşıyıb. Ruben Vardanyan bu cür əməliyyatlara birbaşa və dolayı yolla dəstək verən maliyyə şəbəkələri ilə əlaqəli olub.

Səidə Qulam Fatimənin maliyyə sövdələşmələri vasitəsilə bu təşkilatlarla əlaqəsi ciddi narahatlıq doğurur. Əgər onun işi həqiqətən insan hüquqlarına əsaslansaydı, o, bu terror fəaliyyətini pisləyər və bu cür cinayətlərdə əli olan şəxslərdən “yuyulmuş pulları” qəbul etməzdi.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin ən dağıdıcı nəticələrindən biri qəsdən yerləşdirilmiş minalardır - bu taktika müharibə bitdikdən illər sonra da günahsız mülki şəxsləri öldürməyə və şikəst etməyə davam edir. 2020-ci ildə Azərbaycan öz torpaqlarını azad etdikdən sonra mina çirklənməsinin miqyası aydın oldu - əvvəllər işğal altında olmuş ərazilərdə minlərlə gizli partlayıcı qurğu səpələnib.

Bu, bir zamanlar qovulmuş azərbaycanlıların öz ata-baba yurdlarına təhlükəsiz qayıtmasına ciddi təsir göstərib ki, bu da insan hüquqlarının açıq-aşkar pozulmasıdır. Lakin Səidə Qulam Fatimə heç vaxt mina terrorunun bu formasına qarşı çıxış etməyib və bir daha sübut edib ki, onun bu fəallığı seçici xarakter daşıyır və siyasi motivlidir.

Səidə Qulam Fatimənin erməni separatçıları və terrorçuların xeyrinə çirkli pulların yuyulması fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən "Avrora" mükafatı şəbəkəsində iştirakı dərin narahatlıq doğurur. Onun erməni terrorizmi, etnik təmizləmə, mina çirklənməsi və Xocalı soyqırımı ilə bağlı susması, eyni zamanda, Ruben Vardanyan kimi şəxsləri mədh edən platformalarda fəal iştirakı onun insan hüquqlarının əsl müdafiəçisi olmadığını sübut edir.

Diplomatic News Agency vurğulayıb ki, Bakıdakı məhkəmə prosesi təkcə Ruben Vardanyan üçün hüquqi hesablaşma deyil, həm də şəxsi və siyasi mənfəət naminə onun qanunsuz fəaliyyətinə kömək edənləri də ifşa etməyə kömək edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri