Icma.az
close
up
RU
Doğmalar, doğrudanmı, ailələrə yükdür?

Doğmalar, doğrudanmı, ailələrə yükdür?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Son vaxtlar tez-tez rast gəldiyimiz fikir var: biz özümüz üçün yox, başqaları üçün yaşayırıq. Başqalarının yükünü daşımağa, başqalarının rəyini nəzərə almağa məhkum edilmişik deyə yazırlar.

Bu gün bir tanınmış jurnalistin və bir məşhur yazıçının da paylaşımlarına rast gəldim.

Məsələn, paylaşımlardan birində yazılır ki, hələ cavan yaşlarda ailə qururuq, uşaqları yükləyirik boynumuza, hələ bir də gələcəkdə qocalan ata-anaya baxmaq lazımdır.

Bir az (bəlkə də çox) qəddar səslənir, elə deyilmi?!

Ancaq niyə biz (ölkədə sayılıb-seçilən, sözünün çəkisi olan yaradıcı adamlar belə) uşaqlara, qocalmış ata-analara yük kimi baxır?!

Buna görə onları - iki tanınmış, talantlı adamımızı qınamaq işin ən asanıdır. Yəqin ki, İradə İsakın və Kəramət Böyükçölün paylaşımlarını oxuyanda çoxlarının ağlına elə bu şəxsləri qınamaq gəldi. Ancaq yox, mən qınamaq istəmirəm. Bu statusları təkzib etmək, pisləmək, müəllifləri linçləmək olar. Bundan asan nə var ki! Ancaq məsələnin məğzi daha dərindədir.

Baxın, məsələ təkcə mental xüsusiyyətlərimizdə və ənənələrdə deyil. Konstitusiyada da yazılıb ki, uşaqları böyütmək, onları tərbiyə etmək ata-anların borcudur (orda "valideyn" yazılıb, mənim də bu sözdən xoşum gəlmir, yox bir, kombayn). Bundan başqa yenə də Konstitusiyamızın 34-maddəsində düzünə göstəriş var: iş qabiliyyəti olan övladlar uşaqlar iş qabiliyyəti olmayan valideynlərin qayğısına qalmalıdır. Yəni ailələr öz problemlərini özləri həll etsin, dövlətə başağrısı olmasın. Hərçənd 17-ci maddədə yazılır ki, "cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir".

Bəs bu himayə nədə ifadə olunur?!

Bu sual açıq qalır. Fakt budur ki, dövlət evlənənlərin nikahını, ayrılanların isə boşanmasını qeydə almaqdan - rəsmiləşdirməkdən başqa heç bir formada ailələri himayə etmir. Keçmişdə dövlət ailələrə pulsuz mənzil verirdi, indi bu, yoxdur. Keçmişdə dövlət uşaqpulu da verirdi, indi vermir. Gənc mütəxəssislərin ayrıca ev növbəsi var idi, daha yoxdur. Və sair və ilaxır.

Bilirsiniz, doğru-düzgün sosial proqramlar qurulsa, həyata keçirilsə, nə uşaqlar ata-analarına, nə də ata-analar övladlarına, jurnalist həmkarım demişkən, yük olmaz. Ən azı Şimali Avropa ölkələrinin təcrübəsi var axı. Uşaqlara verilən müavinət onların xərclərini qarşılayır, qocalara gəldikdə isə, pensiyaları yüksəkdir deyə, övladlarına sıxıntı yaşatmırlar. Əksinə o pensiyaların, tibbi sığortaların hesabına həm normal qocalıq yaşayırlar, həm də dünyanı gəzib dolaşırlar. Başqa sözlə, dövlətin effektiv, düzgün sosial siyasəti sayəsində heç kim heç kimi özünə yük hesab etmir. Azərbaycanda böyüklərin öz övladlarını, İradə İsaqın təbirincə desək, zorla evləndirməsinə gəlincə, bu da sivil cəmiyyətlərdə çoxdan həll olunub. Bir Norveçli ata, ana öz qızını zorla istəmədiyi kişiyə ərə verə, yaxud öz oğlunu zorla evləndirə bilməz. Bunu övlad öz şəxsi həyat toxunulmazlığının pozulması kimi qəbul edib, şikayət verə bilər. Norveçi misal kimi gətirdim, başqa Avropa ölkələrində, Amerika, Kanada, Yaponiya kimi ölkələrdə də eynidir.

Əlbəttə, burda da bəzən ifrata varmaq halları var. Yəni o azad ölkələrdəki vəziyyət bəzi hallarda bir cür ifratdır, Azərbaycan kimi ölkələrdə isə başqa cür ifrat var.

İnsan doğulub, hələ körpədir, özü özünü təmin edə bilməz - qayğıya möhtacdır, ata-ana qocalıb əldən düşür, əli iş-gücdən qalır - qayğıya möhtacdır. Bəs bu qayğını kim çəkməlidir?! Yalnız ailə?! Ölkəmizdə bəzən elə vəziyyət alınır ki, ailənin əksər üzvləri işsizdir. Evə qazanc gətirə bilmirlər. İşsiz ata-ana uşağa necə baxsın?! İşsiz övlad qoca ata-anaya necə baxsın?! Bax, burda səhnəyə dövlət çıxmalı və Konstitusiyada yazıldığı kimi, ailəni xüsusi himayəsi altına almalıdır. Reallıqda necə olur?! Göz qabağındadır. Dövlət ya iş qabiliyyəti olanlara özü iş verməlidir, ya da azad sahibkarlığı dəstəkləməlidir ki, özəl sektor gerçəkdən böyüsün, iş yerləri açsın, insanlar dolansın, ailələr normal gəlir əldə edib, normal büdcə ilə rahat yaşaya bilsinlər. Bunun heç biri olmayanda ictimiai gərginlik potensialı yaranır, artır, böyüyür. Əslində "ya, ya da" yoxdur; hər iki mexanizm işlədikdə uğurlu olur. Biz "sosial büdcə" ifadəsini tez-tez eşidirik. Bu, deyəsən, sadəcə söz kimi bir çoxlarının xoşuna gəlir. Bir yandan sosial xərcləri kəsib, o biri yandan "sosial büdcə" ifadəsini işlətmək doğru deyil. Ancaq yeni maliyyə nazirinin qırımından belə görünür ki, o, yalnız bir "iqtisadi" alət tanıyır, bu da qayçıdır...

Hərçənd iqtisadiyyat naziri yeni büdcə ilində çoxlu iş yeri vəd edir. Yaşayaq, görək!

Seyid Əhmədli, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri