Icma.az
close
up
RU
“Google” süni intellektin inkişafına daha 80 milyard dollar yatıracaq

“Google” süni intellektin inkişafına daha 80 milyard dollar yatıracaq

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

"Alphabet" şirkəti "Google"un süni intellekt infrastrukturunun gələcək inkişafını maliyyələşdirmək məqsədilə səhmlərin satışı hesabına 80 milyard dollar cəlb etməyi planlaşdırdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Məlumata görə, bu vəsait korporativ və fərdi istifadəçilər tərəfindən süni intellekt sahəsində həll və xidmətlərə rekord səviyyədə artan tələbat fonunda hesablama güclərinin genişləndirilməsi üçün lazımdır.

Saziş çərçivəsində "Berkshire Hathaway" holdinqi "Alphabet" şirkətinə 10 milyard dollar sərmayə yatıracaq. Şirkət daha 30 milyard dolları qiymətli kağızların zəmanətli yerləşdirilməsi yolu ilə cəlb etməyi planlaşdırır. Bu məbləğin 15 milyard dollarını məcburi konvertasiya olunan imtiyazlı qiymətli kağızları təmsil edən depozitar səhmlər təşkil edəcək. Qalan 40 milyard dolların isə üçüncü rübdə başlanması gözlənilən A və C sinifli səhmlərin bazarda yerləşdirilməsi proqramı vasitəsilə əldə olunması nəzərdə tutulur.

"Google" süni intellekt sahəsinə ayırdığı xərcləri artırmaqda davam edir. Şirkət apreldə 2026-cı il üzrə kapital xərcləri ilə bağlı proqnozunu əvvəlki 175–185 milyard dollardan 180–190 milyard dollara yüksəldib. Şirkətin rəhbəri Sundar Piçai həmin vaxt əsas problemlərdən birinin hesablama güclərinin çatışmazlığı olduğunu bildirib.

Analitiklərin hesablamalarına görə, "Alphabet", "Microsoft", "Meta" və "Amazon" şirkətləri bu il birlikdə kapital xərclərinə 700 milyard dollardan çox vəsait yönəldəcəklər. 2027-ci ilədək isə süni intellekt infrastrukturu sahəsinə qlobal investisiyaların həcmi 1 trilyon dolları ötə bilər.

"Alphabet" şirkətinin səhmləri son bir ildə iki dəfədən çox bahalaşaraq artım tempinə görə digər texnologiya nəhənglərini geridə qoyub. İnvestorlar şirkətin süni intellekt sahəsinə yatırımlarını və "Gemini" texnologiyalarının tətbiqinin nəticələrini müsbət qiymətləndirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri