Icma.az
close
up
RU
Doğrama taxtasını qab yuyucu ilə YUMAYIN SƏBƏB

Doğrama taxtasını qab yuyucu ilə YUMAYIN SƏBƏB

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Mətbəxdə zamanımız təkcə ləzzətli yeməklər hazırlamaqla məhdudlaşmır. İstifadə etdiyimiz alətlərin təmizliyi və gigiyenası, hazırladığımız yeməklərin sağlamlığı və keyfiyyəti baxımından az əhəmiyyət daşımır. Bu baxımdan, xüsusilə doğrama taxtalarının düzgün təmizlənməsi olduqca vacibdir. Lakin əksəriyyətimizin istifadə etdiyi ənənəvi üsul – qab yuyucu vasitə ilə yuma – düşündüyümüz qədər təhlükəsiz deyil.

News24.az bildirir ki, doğrama taxtalarının səthində yuyucu vasitələrin buraxdığı nazik kimyəvi qalıq yeməklərlə qarışaraq sağlamlıq üçün təhlükə yarada bilər. Plastik doğrama lövhələri bu maddələri daha asanlıqla sovura bildiyindən, kimyəvi maddələrin dərin qatlara nüfuz etməsi və uzun müddət qalması riski artır.

Plastik lövhələr yüngül və ucuz olduqları üçün geniş istifadə olunur. Lakin onlar cızıq və zədələrə qarşı daha həssasdır, bu isə bakteriyaların və mikroorqanizmlərin yerləşməsi üçün əlverişli mühit yaradır.

Əksinə, taxta doğrama taxtaları düzgün qulluq edildikdə, təbii antibakterial xüsusiyyətlərə malik olur və daha uzunömürlü sayılır. Ancaq istənilən halda doğru təmizləmə üsulu vacibdir.

Doğrama taxtanızı təmizləmək üçün bahalı kimyəvi məhsullara ehtiyac yoxdur. Ev şəraitində asanlıqla tapılan 2 maddə – soda və sirkə ilə həm gigiyenik, həm də təbii təmizlik mümkündür.

İstifadə qaydası:

Doğrama taxtasının səthinə 1-2 xörək qaşığı soda səpin.

Üzərinə ağ sirkə əlavə edin. Qarışım dərhal köpüklənəcək – bu, təmizləyici reaksiyanın başladığını göstərir.

Qarışığı 15-20 dəqiqə lövhənin üzərində saxlayın.

Daha sonra fırça və ya süngər ilə yaxşıca ovuşdurun.

Bol su ilə yuyaraq bütün qalıqlardan təmizləyin.

Bu üsul, səthdəki bakteriyaları və xoşagəlməz qoxuları aradan qaldırır, eyni zamanda səthə zərər vermir.

Aqil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri