Icma.az
close
up
RU
“Doğru zamanda, doğru qərar verdim”

“Doğru zamanda, doğru qərar verdim”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin tanınmış aktrisası İrem Helvacıoğlu 17 ay evli olduğu həyat yoldaşı Ural Kaspardan boşandıqdan sonra ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Hurriyyet.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Ege Kökenlinin “YouTube” proqramında qonaq olarkən analıq təcrübəsi, boşanma prosesi, yaşadığı çətinliklər və münasibətlərə baxışı barədə danışıb.

İrem bildirib ki, həyatında ard-arda baş verən hadisələr ona yaşadığı çətinliyi tam şəkildə hiss etməyə imkan verməyib: “Doğru zamanda, doğru qərar verdim və onu düzgün idarə etdim. Hadisələr bir-birinin ardınca baş verdiyi üçün yaşadıqlarımın ağrısını lazımi qədər hiss edə bilmədim. Anam mənə “Gəl, qızına bax, çox ağlayır” deyəndə “Özümü çox pis hiss edirəm. Bu hisslə onu qucağıma alıb əmizdirmək istəmirəm” dedim və hönkür-hönkür ağladım. 

Yaxşı ki, bunları yaşamışam. Bütün yaşadıqlarım mənə özümü sevməyi və dəyərimi bilməyi öyrətdi. Həyat eyni dərsləri mənə dəfələrlə göstərdi. Anlamadıqca daha ağır sınaqlarla qarşılaşdım. Həyat həmişə çox verəndən alır”. 

Yeni münasibətə hazır olub-olmaması ilə bağlı suala cavab verən aktrisa bildirib ki, hazırda bunun üçün tezdir: “Yaxın zamanda yox. İndi mənim bir övladım var və onun məsuliyyətini daşıyıram. Həyatıma daxil edəcəyim insanı çox diqqətlə seçməliyəm. Buna görə də hələ qarşıda uzun bir zaman var. Amma özümü münasibətlərə tam bağlamamışam”. 

Qeyd edək ki, 2024-cü ildə ailə quran cütlük 2026-cı ildə nikahlarını sona çatdırıb. Onların bir qız övladı var. Məlumata görə, İrem aliment və təzminat tələb etməmək şərti ilə qızına öz soyadını vermək barədə keçmiş həyat yoldaşı ilə razılığa gəlib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri