Icma.az
close
up
RU
“Doğru zamanda, doğru qərar verdim”

“Doğru zamanda, doğru qərar verdim”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin tanınmış aktrisası İrem Helvacıoğlu 17 ay evli olduğu həyat yoldaşı Ural Kaspardan boşandıqdan sonra ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Ege Kökenlinin “YouTube” proqramında qonaq olarkən analıq təcrübəsi, boşanma prosesi, yaşadığı çətinliklər və münasibətlərə baxışı barədə danışıb.

İrem bildirib ki, həyatında ard-arda baş verən hadisələr ona yaşadığı çətinliyi tam şəkildə hiss etməyə imkan verməyib: “Doğru zamanda, doğru qərar verdim və onu düzgün idarə etdim. Hadisələr bir-birinin ardınca baş verdiyi üçün yaşadıqlarımın ağrısını lazımi qədər hiss edə bilmədim. Anam mənə “Gəl, qızına bax, çox ağlayır” deyəndə “Özümü çox pis hiss edirəm. Bu hisslə onu qucağıma alıb əmizdirmək istəmirəm” dedim və hönkür-hönkür ağladım. 

Yaxşı ki, bunları yaşamışam. Bütün yaşadıqlarım mənə özümü sevməyi və dəyərimi bilməyi öyrətdi. Həyat eyni dərsləri mənə dəfələrlə göstərdi. Anlamadıqca daha ağır sınaqlarla qarşılaşdım. Həyat həmişə çox verəndən alır”. 

Yeni münasibətə hazır olub-olmaması ilə bağlı suala cavab verən aktrisa bildirib ki, hazırda bunun üçün tezdir: “Yaxın zamanda yox. İndi mənim bir övladım var və onun məsuliyyətini daşıyıram. Həyatıma daxil edəcəyim insanı çox diqqətlə seçməliyəm. Buna görə də hələ qarşıda uzun bir zaman var. Amma özümü münasibətlərə tam bağlamamışam”. 

Qeyd edək ki, 2024-cü ildə ailə quran cütlük 2026-cı ildə nikahlarını sona çatdırıb. Onların bir qız övladı var. Məlumata görə, İrem aliment və təzminat tələb etməmək şərti ilə qızına öz soyadını vermək barədə keçmiş həyat yoldaşı ilə razılığa gəlib.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 İyul 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri