Icma.az
close
up
RU
Doğulan uşaqlara təmiz türk mənşəli adların qoyulması dilin qorunmasının mühüm vasitələrindən biridir

Doğulan uşaqlara təmiz türk mənşəli adların qoyulması dilin qorunmasının mühüm vasitələrindən biridir

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Dil bizim milli kimliyimizdir, dil bizim pasportumuzdur. Dilin qorunması isə hər birimizin ən əhəmiyyətli, müqəddəs borcudur. Bir xalq öz dili ilə yaşayır. Bir xalqı məhv etmək istəyirsənsə, onun dilini məhv etməlisən".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi.

"Dilin müxtəlif daşıyıcıları var: adlar, soyadlar, küçə adları, məişət dili, ədəbi dil, diplomatik dil və s. Bütün bunların hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Məlumdur ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yubileyində söylədiyi tarixi nitqində dillə bağlı toxunduğu məsələlər hər birimiz üçün bir yol xəritəsinə çevrilməlidir. Bu çağırış özünü azərbaycanlı bilən, bu dilin və bu ölkənin keşiyində durmağa hazır olan hər kəs, xüsusilə ziyalılar üçün son dərəcə əhəmiyyətlidir", - deyə o vurğuladı.

Millət vəkili əlavə etdi ki, Vətəni sevmək təkcə şüarçılıq və ya urra-patriotizm deyil:

"Vətənpərvərlik dildən başlayır, torpağa sevgidən, anaya məhəbbətdən başlanır. Təsadüfi deyil ki, dilimiz ana dili adlanır. Anamızın danışdığı, ilk öyrəndiyimiz dildir. Bu məqamda Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini xatırlamaq yerinə düşür. Öz dilindən başqa hər dildə danışa bilən, lakin ana dilində danışmağı özünə rəva bilməyən üç qardaşın bacısı Gülbaharın son monoloqu bu baxımdan olduqca düşündürücüdür. Qardaşlarının əcnəbi dildə olan kitablarını yandırdıqdan sonra bir kitabı önə çəkib “qaldı bircə bu kitab, bu da anamın kitabıdır” deməsi çox mətləblərdən xəbər verir və bu gün üçün də son dərəcə aktualdır. Dilimizi qorumaq ölkəmizi, vətənimizi və dövlətimizi qorumaq deməkdir.

Hörmətli həmkarım Fazil Mustafanın uşaqlara doğulan körpələrə adların verilməsi ilə bağlı səsləndirdiyi fikirlər də təqdirəlayiqdir. Soyumuza və kökümüzə uyğun, təmiz türkəsilli adların seçilməsi ailələrimiz üçün böyük əhəmiyyət daşıyır".

Jalə Əliyevanın fikrincə, tərbiyə, gen yaddaşı, qan yaddaşı məhz ailədən başlayır:

"Doğulan uşaqlara təmiz Azərbaycan adlarının, türk mənşəli adların qoyulması da dilin qorunmasının mühüm vasitələrindən biridir. Lakin məsələ yalnız adlarla bitmir. Mövzu daha dərindir. Unutmamalıyıq ki, biz müstəqil bir ölkənin vətəndaşlarıyıq. Ölkəmiz Azərbaycandır, dövlət dilimiz Azərbaycan dilidir, ana dilimiz isə anamızın danışdığı dildir. Bu dili yaşatmaq, qorumaq, xarici təsirlərdən mümkün qədər saflaşdıraraq gələcəyə ötürmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Eyni zamanda qloballaşan dünyada xarici dilləri bilmək və öyrənmək heç də qəbahət deyil. Əksinə, bu, hər bir insanın dünyaya inteqrasiya baxımından üstünlüyüdür və müsbət keyfiyyətdir. Hər bir Azərbaycan vətəndaşının bu hüququ var. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın dövlət dilinə, ana dilimizə, doğulub böyüdüyümüz ailəyə və torpağa olan ehtiramımızı qorumaq əsas şərt olaraq qalmalıdır", - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri