Icma.az
close
up
RU
Küldən doğulan əsər

Küldən doğulan əsər

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Tomas Karleyl həyatının ən böyük əsərini – “Fransız inqilabının tarixi”ni yazıb qurtardıqdan sonra dərin bir “oh” çəkdi. Bu böyük əsər təkcə həyatının ən böyük əsəri yox, həm də həyatının ən çətin əsəri idi. Bəlkə də elə buna görə bu əsəri yazmaq üçün tam iki il lazım gəlmişdi. O, sözün tam mənası ilə bu kitaba hər şeyini vermiş, parlaq zəkasından doğulan düşüncələri səbirlə və təmkinlə bu kitaba köçürmüşdü. Ancaq bütün bu çətinliklərə baxmayaraq kitab artıq hazır idi. Və əlyazmaları bir iplə bağlayıb fikrini öyrənmək üçün yaxın dostu Con Stüart Millə apardı...
Günlər keçdi və bir axşam Karleylin qapısında atlı bir araba dayandı. Karleyl sevinc içində qapıya doğru getdi. Bu Millin arabası idi. Karleyl səbirsizliklə yeni əsəri haqqında dostunun fikirlərini öyrənmək istəyirdi. Qapını açan kimi Con Stüart Millin ağappaq ağarmış xəstə üzünü gördü. Karleyl həyəcanla:
- Nə oldu? - deyə soruşdu.
Sözlər Millin ağzından çox çətinliklə tökülürdü. Və nəhayət o, dəhşətli həqiqəti söyləyə bildi. Millin xidmətçisi bilmədən Karleylin əlyazmalarından buxarını yandırmaq üçün istifadə etmişdi. Tomas Karleyl heç bir şey demədi. Ancaq çox məyus olduğunu üzünün az qala hər cizgisindən hiss etmək olardı.
Bu dəhşətli xəbərdən sonra Karleyl günlərlə otağında dayanmadan var-gəl etdi. Çünki həyatının iki ili sözün əsl mənasında yanıb kül olmuşdu. Halbuki o içindəki hər şeyi bu kitaba tökmüşdü. İndi isə o özünü qurumuş bir ağac kimi hiss edirdi. Bundan sonra içindəki o atəşi bir daha yandırmaq yəqin ki, ona çox baha başa gələcəkdi. Bütün bunları fikirləşdikcə Karleyl hər dəfə ümidsizliyə təslim olur və başını yelləməklə kifayətlənirdi.
O gündən Tomas Karleyl hər gün yuxarı mərtəbədəki otağına çıxmağa və saatlarla pəncərədən çölə baxmağa başladı. İndi o sanki çöldəki boşluğa yox, içindəki heçliyə baxırdı...
Bir dəfə yenə pəncərədən çölə baxanda diqqətini uzaqdakı bir adamın hərəkətləri cəlb etdi. Bir qədər də diqqətlə baxanda gördüyü şeyin nə olduğunu anladı. Bu, bir divar ustası idi. O, kərpicləri üst-üstə qoyur, divar hörürdü. Karleyl onu izləməyə başladı. Adam hər kərpici qoyandan sonra ehtiyatla palçığı sürtür, sonra başqa bir kərpici qoyurdu. Ustanın işini sevdiyini hərəkətlərindən də görmək olardı.
Karleyl bütün günü ona tamaşa etdi və kiçik kərpiclərdən səbirlə böyük bir divar ucaltdığını gördü. Birdən məşhur yazıçının beynində bir şimşək çaxdı. Necə usta kiçik kərpiclərdən səbirlə böyük bir divarı ucalda bilirdisə, o da eyni səbirlə “Fransız inqilabının tarixi” əsərini “ucalda” bilərdi. Bu fikirlərdən sonra birdən-birə Karleylin qəlbində bir işıq doğuldu. Sanki bu fikrə bənd imiş kimi artıq fikirlər də sürətlə axmağa başladı. Və Tomas Karleyl ümidsizlik düşüncəsini bir kənara atdı və həyatının ən böyük əsərinin “təməlini qoydu”. Eyni ilin (yəni, 1837-ci ilin) sentyabr ayında Tomas Karleyl artıq yanıb kül olmuş kitabından da böyük əsərini tamamlamışdı...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Dekabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri