Icma.az
close
up
RU
Doğum şəhadətnaməsindəki səhvləri necə düzəltmək olar? Detallar AÇIQLANDI

Doğum şəhadətnaməsindəki səhvləri necə düzəltmək olar? Detallar AÇIQLANDI

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tez-tez vətəndaşlar tərəfindən doğum haqqında şəhadətnamədə ad, soyad və ya ata adı ilə bağlı səhvlərə yol verilməsi ilə bağlı şikayətlər səsləndirilir.

Bu səhvlər isə sonradan böyük problemlərə yol aça bilir.

Əsl adı Ramin olan vətəndaşlardan biri soyadını dəyişdirmək üçün "ASAN Xidmət" mərkəzinə müraciət edəndə adının bir hərfinin (Ramil) sistemə səhv yazılması ona çətinlik yaradıb.

Belə ki, vaxtilə kağız üzərində adında edilən səhv düzəldilsə də, bu, rəsmi olaraq sistemdə dəyişdirilməyib.

Fərqli situasiya, lakin bənzər hadisələrdən biri Xalid Quliyev adlı vətəndaşın 6 yaşlı övladı Malikin başına gəlib. 6 yaşlı Malik doğum evində ana adının səhv qeyd edilməsinə görə doğum haqqında şəhadətnamə ala bilmir, məktəb üçün isə qeydiyyata düşməkdə çətinlik yaşayır.

Maraqlıdır, bəs görəsən, bu hal ilə qarşılaşan vətəndaşlar nə etməlidirlər?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran hüquqşünas Mircəlal Muradlı bildirib ki, vətəndaş doğum haqqında şəhadətnamədə edilən yanlışlığın düzəldilməsi üçün şəhadətnaməni verən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etməlidir:

"Qeydiyyat Şöbəsi təqdim edilən şəhadətnamədə mövcud olan yanlışlıqların aradan qaldırılmasından ötrü Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müvafiq şəxsin adındakı yanlışlığın düzəldilməsinə dair elektron bildirişi göndərməlidir. Müvafiq elektron bildiriş Dövlət Reyestrində qeydə alındıqdan sonra vətəndaşa yeni doğum haqqında şəhadətnamə verilir.

Vətəndaşın qarşılaşdığı problemin həlli üçün onun yeni doğum haqqında şəhadətnaməsini dəyişdirməyinə ehtiyac yoxdur. Qeyd olunduğu kimi, bütün sənədlərdə adının Ramin getməsi, yalnız "ASAN Xidmət" mərkəzi tərəfindən sistemdə adının Ramil olaraq bildirilməsi onu deməyə əsas verir ki, vətəndaşa adında düzəliş edildikdən sonra yeni doğum haqqında şəhadətnamə verildiyi zaman Qeydiyyat Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müvafiq (şəxsin adındakı yanlışlığın düzəldilməsinə dair) elektron bildiriş göndərilməmişdir. Vətəndaş həmin şəhadətnaməni aldığı Qeydiyyat Şöbəsinə müraciət edərək müvafiq elektron bildirişin göndərilməsini rəsmi formada tələb etməyi tövsiyə edirəm. Vətəndaşın müraciəti müsbət nəticələnmədiyi və ya Qeydiyyat Şöbəsi tərəfindən hərəkətsiz qaldığı təqdirdə inzibati məhkəməyə müraciət edə bilər".

Mircəlal Muradlı 6 yaşlı uşağın ana adında doğum evində səhvliyə yol verilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, vətəndaş doğum haqqında verilmiş tibbi şəhadətnaməni Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə ərizə ilə birlikdə təqdim edərək səhvə yol verildiyini qeyd etməlidir:

"Qeydiyyat Şöbəsi vətəndaşın ərizəsi əsasında doğumu qeydə alınmış xəstəxanaya rəsmi sorğu verir, xəstəxana tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra müvafiq tibbi şəhadətnamədə ana adına yazılmış yanlışlıqları düzəldərək yeni doğum haqqında tibbi şəhadətnamə ilə yanaşı ana adının düzəldilməsinə dair müvafiq arayışı qeydiyyat şöbəsinə təqdim edir. Qeydiyyat Şöbəsi də bundan sonra doğum haqqında şəhadətnamə verərək vətəndaşı gecikmiş doğumlar siyahısına əlavə edərək Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müvafiq elektron bildirişi göndərir. Qeyd edirəm ki, Qeydiyyat Şöbələrinin vəzifələrindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması ilə bağlı fiziki şəxslərə hüquqi yardım göstərməkdir".

Hüquqşünas Sevinc Rəhimova əlavə olaraq bildirib ki, doğum haqqında şəhadətnamədə hər hansı dəyişiklik edilərsə, vətəndaşın bütün sənədləri dəyişdirilməlidir:

"Ad, soyad, ata adı və s. kimi dəyişikliklərin edilməsi üçün vətəndaş ilk növbədə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə və ya "ASAN Xidmət" mərkəzinə müraciət edir. Müraciətə əsasında 3-6 ay ərzində dəyişiklik edilir. Dəyişiklik edilmədiyi təqdirdə isə imtina sənədi verilir. Vətəndaş bu imtina sənədini aldıqdan sonra məhkəməyə müraciət edir. İmtina sənədi verilmədən vətəndaş məhkəməyə müraciət edə bilməz. Məhkəmə şahidləri dindirir, sorğular əsasında qərar verir. Qəbul olunan qərar Ədliyyə Nazirliyinə göndəriləcək, lazımı prosedurlar iş icra olunacaq".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri