Icma.az
close
up
RU
Müəllimlərin işə qəbulu və əməkhaqqı siyasəti ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib

Müəllimlərin işə qəbulu və əməkhaqqı siyasəti ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 oktyabr, AZƏRTAC

Müəllimlərin işə qəbulu prosesinin həyata keçirilməsi üçün hər il orta hesabla 2,5-3 milyon manat vəsait xərclənir. Lakin bu vəsaitin bir hissəsi prosesdə təkrar müraciət edən, lakin müsabiqədə iştirak etməyən şəxslər səbəbindən əsassız xərclərə çevrilir. Bu kimi halların qarşısının alınması məqsədilə sistemin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Təkrar müraciət edib imtahanda iştirak etməyənlərin payı müraciət edənlərin təxminən 30 faizini təşkil edir. Bu da dövlət büdcəsindən ayrılan vəsaitin səmərəsiz istifadəsinə gətirib çıxarır. Təxminən 500-600 min manat məbləğində bu tip xərclərin qarşısı alınsa, həmin vəsaitlə 200-ə yaxın tələbənin təhsil xərci ödənilə bilərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasında elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında səsləndirib.

O, müəllimlərin işə qəbulu, təkrar müraciət prosesi və əməkhaqqı məsələləri ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb: “İlk dəfə müraciət edən namizədlər üçün ödəniş tətbiq edilməyəcək, lakin təkrar müraciət hallarında simvolik məbləğdə ödənişin müəyyənləşdirilməsi nəzərdə tutulur. Məqsəd vətəndaşları sistemə məsuliyyətli şəkildə yanaşmağa təşviq etmək və dövlət vəsaitinin səmərəli xərclənməsini təmin etməkdir”.

İ.İsayev, həmçinin müəllimlərin əməkhaqqı artımı və peşəkarlığın artırılması istiqamətində görülən işlərdən də danışıb. O, müəllimlərin sertifikatlaşdırma prosesinin əsas məqsədlərindən birinin peşəkarlığın yüksəldilməsi ilə yanaşı, əməkhaqqının artırılması olduğunu bildirib: “Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra müəllimlərin əməkhaqlarında əhəmiyyətli artım müşahidə olunub. Hazırda müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1000 manat civarındadır. 24 saat və daha çox dərs yükü olan müəllimlərdə isə bu göstərici 1300-1500 manat arasında dəyişir”.

Nazir müavini əlavə edib ki, təxminən 30 faiz müəllim 24 saata qədər, 29 faizdən çoxu isə 24 saatdan artıq dərs yükünə malikdir. Bu da müəllimlərin fədakarlığını və təhsil sistemindəki rolunu bir daha nümayiş etdirir: “Qəbul olunacaq yeni mexanizmlər nəticəsində həm büdcə vəsaitinə qənaət ediləcək, həm də əldə olunan resurslar təyinatı üzrə təhsilin inkişafına yönəldiləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri