Icma.az
close
up
RU
Dohada İƏTə üzv dövlətlərin antikorrupsiya orqanları rəhbərlərinin 2ci görüşü işinə başlayır AZƏRTAC

Dohada İƏTə üzv dövlətlərin antikorrupsiya orqanları rəhbərlərinin 2ci görüşü işinə başlayır AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 26 noyabr, AZƏRTAC

Bu gün Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin yüksək səviyyəli görüşü işinə başlayır. Tədbirin təşkilatçısı Qətərin İdarəetmə və Şəffaflıq üzrə Nəzarət Təşkilatıdır.

AZƏRTAC Qətərin rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək iclasda İƏT-ə üzv olan 56 ölkənin korrupsiya ilə mübarizə aparan hüquq mühafizə orqanlarının rəhbərləri, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, eləcə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi və İnterpol kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.

Təşkilat komitəsinin rəsmi nümayəndəsi Əbdülvəhhab Saleh əl-Kuvari mətbuat konfransında bildirib ki, “korrupsiyaya qarşı mübarizə artıq texniki vəzifə deyil, həm də hökumət rəsmilərinin, media nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin əməkdaşlığını tələb edən bir məsuliyyətdir. Sizin burada olmanız korrupsiyaya qarşı mübarizənin və şəffaflığın möhkəmləndirilməsinə verdiyiniz əhəmiyyətin göstəricisidir.”

Əl-Kuvari görüşün korrupsiya ilə mübarizə səylərini inkişaf etdirmək üçün birgə təcrübə mübadiləsi və fəaliyyətlərin əlaqələndirilməsi baxımından əhəmiyyətli addım olacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatı, Eqmont qrupu, Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyası, Dünya Bankı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası və digər regional və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Tədbir zamanı Qətər ilə Səudiyyə Ərəbistanı və İordaniya arasında korrupsiyaya qarşı mübarizə və şəffaflığın təşviqinə dair memorandumların imzalanması, eləcə də müxtəlif işçi sessiyalar və korrupsiyanın transsərhəd məsələlərini əhatə edən mövzularda müzakirələrin keçirilməsi planlaşdırılır.

Mətbuat konfransında, həmçinin bildirilib ki, iclasda “Məkkə Konvensiyası”nın təsdiqlənməsi və onun icra mexanizmlərinin inkişaf etdirilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Bu sənəd korrupsiya cinayətlərinin qarşısının alınması, aşkarlanması və təhqiqatı, cinayətkarların təqibini asanlaşdırmaq məqsədi ilə hüquq-mühafizə orqanları arasında səmərəli və operativ əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin birinci toplantısı 2022-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see490

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see277

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see208

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see125

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see123

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see120

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see120

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see117

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see117

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see116

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see116

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see115

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see115

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see114

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

04 İyun 2025 19:58see113

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see113

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see113

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see112

Müəmmalı seysmik siqnalların SİRRİ AÇILDI

04 İyun 2025 20:40see111

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri