Dohada şahmat üzrə dünya çempionatında rekord sayda zəka sahibi iştirak edəcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Qahirə, 26 dekabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürür. Beynəlxalq idman tədbirində rekord sayda şahmatçı iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Qətər Şahmat Federasiyasının prezidenti Məhəmməd əl-Modahka brifinqdə deyib.
Qeyd olunur ki, dünya çempionatında 400 kişi və qadın şahmatçı yarışacaq. Onlar arasında Nyu-Yorkda blits üzrə dünya çempionatının qalibi Maqnus Karlsen, rapid üzrə dünya çempionu və 2024-cü il İddiaçılar Turnirinin qalibi Dommaracu Qukeş, 2024-cü il blits üzrə dünya çempionu Yan Nepomnyaşşiy, Fabiano Karuana, Nadirbek Abdusattarov, Yağız Kaan Ərdoğmuş, Ediz Gürel, Vasili İvançuk, qadın şahmatçılardan qadınlar üzrə sabiq çempion, dünya üzrə reytinq cədvəlində 2507 xalla ikinci yerin sahibi Tan Çjunyi, dünya reytinqində 5-ci yerin sahibi Bibisara Usubayeva və başqa tanınmış şahmatçılar vardır.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytının məlumatına görə, Azərbaycan mundialda 14 şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
Dekabrın 30-da yekunlaşacaq turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 26 Dekabr 2025 02:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















