Doktoranturaya imtahan verənlər aksiya keçirəcəklər DİM dən nəticələrin ləğvi tələb olunur
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, iyunun 22-də keçirilən doktorantura və dissertantura səviyyəsi üzrə xarici dil imtahanı zamanı texniki problemlər yaranıb, bununla da iştirakçılar öz bilik və bacarıqlarını göstərə bilməyiblər.
Bakupost.az xəbər verir ki, imtahandan narazı qalanlar Dövlət İmtahan Mərkəzindən nəticələrin ləğv edilməsini tələb edirlər. Bunula bağlı sosial şəbəkələrdə, whatsap qruplarında müzakirələr aparılıb.
Onlar iddia edirlər ki, DİM-in təşkil etdiyi imtahanın dinləmə (listening) blokunda səs sistemi demək olar ki, işləməyib. Bir çox imtahan mərkəzində səs çox küylü, anlaşılmaz şəkildə, 2x sürətilə təqdim olunub, nəticədə isə ümumiyyətlə aydın olmayıb. Nəticədə iştirakçılar mətnin testlərini yazmaqda çətinlik çəkiblər. Buna fokuslanan iştirakçılar digər bölmə tapşırıqlarını da edə bilməyiblər. İştirakçıların bildirdiklərinə görə imtahan həm də C1 səviyyəsinə uyğun təşkil olunub.
Buna görə də, imtahan iştirakçıları nəticələrin ləğv olunmasını və imtahanın yenidən keçirilməsini tələb edirlər. Artıq bir qrup namizəd DİM qarşısında aksiya keçirməyə hazırlaşır. Bəziləri isə rəsmi müraciət edib.
Hazırda Dövlət İmtahan Mərkəzi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Azər, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















