Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Dollara əvvəlki maraq niyə yoxdur? Açıqlama

Dollara əvvəlki maraq niyə yoxdur? Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Mərkəzi Bankın açıqladığı son göstəricilər Azərbaycanda dollara tələbatın azaldığını göstərir. Qlobal bazarlarda dolların möhkəmləndiyi dövrdə yerli valyuta bazarında fərqli dinamikanın müşahidə olunması isə iqtisadçıların diqqətini çəkir. Bəs dollara marağın azalmasının arxasında hansı iqtisadi amillər dayanır və bu tendensiya davamlı ola bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərim bildirib ki, burada məsələyə bir neçə kontekstdən yanaşmaq olar.
Onun sözlərinə görə, ölkənin əsas gəlir mənbəyi neft və neft məhsullarının satışıdır:
“Bu gəlirlər də adətən dollar şəklində ölkə büdcəsinə daxil olur. Hazırda ölkədə manatın güclənməsi, əhali arasında manata olan etibarın artması əvvəlki illərlə müqayisədə dollar alışında, ümumiyyətlə isə xarici valyuta alışında müəyyən dərəcədə azalmaya səbəb olub. Təbii ki, həm yerləşdirilən depozitlərin, həm də kreditlərin manatla verilməsi xarici valyutalara olan tələbatı azaltdığına görə bu valyutalar üzrə müəyyən dərəcədə profisit yaranıb.
Yəni əsas gəlirlərin dollar şəklində olması, dövriyyədə manatın güclənməsi kimi amillər xarici valyutalara, yəni dünya pulu kimi qəbul olunan dollara tələbatı azaldır.
Həmçinin daha əvvəlki illərdə, xüsusən də 2015–2016-cı illərdə baş vermiş devalvasiya proseslərindən sonra əhalinin kütləvi şəkildə dollara, xarici valyutaya, xüsusən də dollara marağı artdı və onun alınması ilə bağlı ciddi ajiotaj yarandı.
Lakin sonradan məzənnənin 1,70 səviyyəsində sabit qalması məzənnənin stabilləşdiyini göstərdi. 
Zaman keçdikcə artıq dollar və ya izafi məbləğlərin alınmasında müəyyən durğunluq, yəni sabitləşmə yarandı. Daha sonra əhali manatın güclənməsi və stabilləşməsi fonunda aldığı dolları yenidən manata çevirərək həm biznes sahəsinə yatırmağa, həm də depozit şəklində yerləşdirməyə başladı. Bu da tədavüldə xarici valyutanın müəyyən qədər artıq kütləsinin yaranmasına səbəb oldu.
Hazırkı statistikaya da baxsaq, manatla olan depozitlərin həcmi demək olar ki, iki dəfə artaraq 12 milyard manata yaxınlaşıb. Bu kifayət qədər müsbət göstəricidir. Çünki bildiyimiz kimi, illik faizi 12 faizə qədər olan manat depozitləri sığortalanır. Bu da əhali arasında manatla depozit yerləşdirilməsini müəyyən dərəcədə təşviq edən amillərdən biridir.
Eyni zamanda, faiz dərəcələrinin də yüksək olması mühüm rol oynayır. Xarici valyutada depozitlər üzrə faiz dərəcələri adətən 1–2 faiz olduğu halda, manat depozitləri üzrə bu göstərici 12 faizə qədər çatır. Bu da manat depozitlərinə tələbin artması fonunda xarici valyutaya tələbatın azalmasına gətirib çıxarır.
Eyni zamanda, dollara tələbatın azalması ölkədə ixracyönümlü iqtisadiyyatın formalaşmasının və ixrac potensialının artmasının müəyyən göstəricilərindən biridir. Yəni məhsullar ölkədən dünya bazarına ixrac olunur və onların satışından əldə olunan gəlirlər xarici valyuta şəklində ölkəyə daxil olur. Bu da ölkə üçün müsbət məqamdır.
Çünki ölkə iqtisadiyyatı inkişaf etdikcə, rəqabətqabiliyyətli məhsullar istehsal etdikcə, təkcə xammal əsaslı ixrac deyil, eyni zamanda yüksək texnologiyalı məhsulların ixracı da artdıqca bu, ölkə iqtisadiyyatının həm inkişafına, həm də dünyada tanınmasına töhfə verir. Bununla yanaşı, rəqabətə tab gətirən məhsullar ölkəyə xarici valyuta, xüsusən də dollar daxilolmalarının artmasında müstəsna əhəmiyyət kəsb edir. Bu da iqtisadi artım göstəricilərindən biridir.
Hazırda dünyada baş verən İran–ABŞ gərginliyi və Hörmüz boğazı ilə bağlı yaranan risklər neft bazarında qiymətlərin artmasına səbəb olur. Bu da ölkəyə büdcədə nəzərdə tutulduğundan daha çox dollar axınının daxil olmasına şərait yaradır.
Hətta neftin bir barelinin 45 dollar səviyyəsində satılması belə ölkə üçün faydalıdır. Daha yüksək qiymətlər isə ölkəyə əlavə dollar axını yaradır ki, bu da manatın daha da möhkəmlənməsinə səbəb olur.
Eyni zamanda, bu proses devalvasiya riskinin azalmasına da müsbət təsir göstərir. Ən azı ilin sonuna qədər bu riskin yaranmaması, yaxud minimal səviyyədə qalması üçün əlverişli şərait formalaşdırır”, – deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri