Icma.az
close
up
RU
Dolların yüksəlməsi idxal olunan məhsulların, xammalın qiymətini artıracaq İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Dolların yüksəlməsi idxal olunan məhsulların, xammalın qiymətini artıracaq İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"İnflyasiya yenidən baş verə bilər və bunun əsas səbəbləri həm qlobal, həm də daxili iqtisadi amillərlə bağlıdır. İnflyasiya, ümumiyyətlə, mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin davamlı olaraq artması deməkdir və buna müxtəlif faktorlar təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda dünyada enerji daşıyıcılarının qiymətlərində baş verən dəyişikliklər, ərzaq bazarlarında qeyri-sabitlik və logistika xərclərinin artması bir çox ölkələrdə qiymətlərin bahalaşmasına səbəb olur. Azərbaycanın iqtisadiyyatı da qlobal bazarlardan asılı olduğundan, bu cür dəyişikliklərin ölkə daxilində qiymətlərə təsiri qaçılmazdır. Bundan əlavə, dövlətin pul siyasətində mümkün yumşalma, bazara əlavə pul kütləsinin daxil olması da inflyasiya riskini artıra bilər: "Dolların məzənnəsinə gəlincə, dolların yüksəlməsi həm idxal olunan məhsulların, həm də xammalın qiymətini artıracaq. Azərbaycan idxaldan asılı ölkə olduğuna görə, dolların bahalaşması ilə birlikdə daxili bazarda xüsusilə ərzaq, dərman, texnika və digər idxal məhsullarında qiymət artımları müşahidə edilə bilər. Bu isə inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Digər tərəfdən, dolların bahalaşması milli valyuta ilə yığımlar edənlərin alıcılıq qabiliyyətini azalda bilər, bu da sosial baxımdan müəyyən narazılıqlar yarada bilər.

Hökumət inflyasiyanın qarşısını almaq üçün həm monetar, həm də fiskal tədbirlər görməlidir. Monetar tədbirlər dedikdə, Mərkəzi Bankın faiz dərəcələrini tənzimləməsi və pul kütləsini nəzarətdə saxlaması nəzərdə tutulur. Fiskal tədbirlər isə dövlətin büdcə xərclərini optimallaşdırması, sosial yönümlü proqramlara dəstək verməsi və idxaldan asılılığı azaltmaq üçün yerli istehsalı stimullaşdırmasıdır. Əgər dolların yüksəlişi davamlı xarakter alarsa və qlobal bazarlarda qiymət artımları sürətlənərsə, inflyasiya təzyiqləri daha da güclənə bilər. Buna görə də strateji ehtiyatların gücləndirilməsi, yerli istehsalın artırılması və iqtisadiyyatın diversifikasiyası bu risklərin qarşısını almaq üçün ən vacib addımlardır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri