Donald Tramp : Harvard Universiteti xarici tələbələrə 15 faizlik məhdudiyyət qoymalıdır
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü Harvard Universitetində xarici tələbələrin sayının təxminən 15 faizlə məhdudlaşdırılmalı olduğunu deyib. Oxuməni.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu fikri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
Eyni zamanda, o, xarici tələbələrin siyahısını təqdim etmək üçün universitetə təzyiq etməkdə davam edir.
"Harvard bizə öz siyahılarını göstərməlidir", - D. Tramp Ağ Evdə jurnalistlərə bildirib. "Onların xarici tələbələri var. Tələbələrinin təxminən 31 faizi xarici tələbələrdir. Demək olar ki, 31 faizi. Biz bu tələbələrin haradan gəldiyini bilmək istəyirik. Onlar fitnə-fəsad törədirlər?"
D.Tramp iddia edir ki, bu tələbələrin çoxu “bu ölkədə solçu dəlilərin törətdiyi iğtişaşlarda” iştirak ediblər. "Düşünürəm ki, 31 faiz yox, təxminən 15 faiz həddi olmalıdır. Harvarda və digər təhsil müəssisələrinə daxil olmaq istəyən insanlar var, onlar ora qəbul ola bilmirlər, çünki orada xarici tələbələr təhsil alır", - deyə prezident bildirib.
Ağ Evə qayıtdıqdan sonra Tramp ABŞ-ın bir çox universitetini hədəfə alıb və xəbərdarlıq edib ki, siyasətlərini tənzimləməyənlər maliyyə kəsilməsi ilə üzləşəcəklər. Tramp administrasiyasının əsas tələblərinə kampuslarda antisemitizmin kökünün kəsilməsi və azlıq qruplarına üstünlük verən müxtəliflik təşəbbüslərinə son qoyulması daxildir.
Harvardın məlumatına görə, 2023-cü ilin payızına olan məlumata görə, xarici tələbələr ümumi tələbə kontingentinin 27 faizindən çoxunu təşkil edib. Hazırda universitetdə 140-dan çox ölkə və regiondan 6800-ə yaxın xarici tələbə və alim var ki, onların da əksəriyyəti magistratura pilləsində təhsil alır.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 May 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















