Icma.az
close
up
RU
Donald Tramp impiçmentlərin ləğv edilməsinə çalışır

Donald Tramp impiçmentlərin ləğv edilməsinə çalışır

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və onun komandası birinci hakimiyyəti dövründə baş verən iki impiçment prosesinin simvolik şəkildə ləğv olunmasına dair qətnamənin qəbulu üçün Konqres üzvlərini yola gətirməyə çalışır.

Bu barədə məlumatı mənbələrə istinad edərək "The Wall Street Journal" (WSJ) nəşri yayıb. Qeyd olunub ki, D.Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment işi açılan yeganə dövlət başçısıdır. Hər iki hadisə onun ilk prezidentliyi dönəmində, yəni 2019-cu və 2021-ci illərdə qeydə alınıb. Həmin vaxt Nümayəndələr Palatası qərarları dəstəkləsə də, Konqresin Senatı onları ləğv etmişdi.

Qəzet xatırladır ki, bu ilin aprelində Respublikaçılar Partiyasından olan konqresmen Darrel İssa hər iki impiçmentin etibarsız sayılması barədə qətnamə layihəsi irəli sürüb. 23 respublikaçının ortaq müəllifi olduğu sənədin mətnində sözügedən prosedurların "Nümayəndələr Palatası impiçment qərarlarını heç vaxt qəbul etməyibmiş kimi sıfırlanması" təklif edilir. Nümayəndələr Palatasının sədri Mayk Conson WSJ-ə müsahibəsində qeyd edib ki, o, qətnamə layihəsini Tramp və onun müşavirləri ilə müzakirə edib, ancaq bu məsələ Respublikaçılar Partiyasının prioritetləri sırasında yer almır. Nəşrdə qeyd olunub ki, Nümayəndələr Palatası sənədi təsdiqləsə belə, bu, Tramp üçün sadəcə rəmzi bir qələbə xarakteri daşıyacaq və ABŞ Konstitusiyasında belə bir hüquqi prosedur olmadığı üçün hər hansı rəsmi qüvvəyə minməyəcək. /Oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 İyun 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see442

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see258

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see254

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see241

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see238

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see237

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see237

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see234

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see233

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see233

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see231

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see226

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see219

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see218

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see215

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see215

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see208

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see200

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see196

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri