Icma.az
close
up
RU
Donald Tramp müharibənin uzun sürməsini istəmir RƏY

Donald Tramp müharibənin uzun sürməsini istəmir RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

" ABŞ-İsrail-İran qarşıdurmasının taleyi Hörmüz boğazının açılması və İranın iqtisadi arteriyası sayılan Xarq adasının kimin nəzarətində qalmasından asılı olacaq"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranla aparılan danışıqların mövcud olduğunu açıqlasa da, Tehran bunu qəti şəkildə inkar edir. Siyasi ekspertlər isə tərəflər arasında dialoq və məhdud müzakirələrin davam etdiyi qənaətindədir. Lakin ABŞ-ın İran ərazisində, xüsusən Xarq adası və Hörmüz Boğazı ətrafında quru əməliyyatlar keçirməsi ilə bağlı yayılan iddialar müharibənin gedişi ilə bağlı müəyyən suallar doğurur.  

Qeyd edək ki, ABŞ prezidenti diplomatik danışıqlarda nəticə əldə edildiyinə işarə edib: “İranla müzakirələrdə olduqca yaxşı irəlilədiyimizi deyə bilərəm, lakin onlarla nə baş verəcəyini əsla bilmək olmaz. Biz onlarla müzakirə aparırıq, sonra isə onları havaya uçurmalı oluruq.” O həmçinin İrandakı hakimiyyət dəyişikliyinə diqqət çəkərək bildirib: “Artıq bu ölkədə rejim dəyişib və köhnə rəhbərlikdən kimsə qalmayıb. İndi müzakirə apardığımız şəxslər əvvəlki idarəçilərdən tamamilə fərqli simalardır.”

Noyabr ayında Konqresdə aralıq seçkilərinin keçiriləcəyini xatırladan Politoloq Natiq Miri Sherg.az-a Donald Trampın müharibəni uzatmaq niyyətində olmadığını deyib. Politoloq hesab edir ki, ABŞ prezidentinin İranla bağlı qarşıdurmada qarşıya qoyduğu hədəflərə çata bilməməsi, İranın nüvə planının hələ də qalması, ballistik raket və dronlardan istifadə edərək bütün region ölkələrinə təhlükə yaratma qabiliyyətinin mövcudluğu həm İsrail, həm də ABŞ adına məğlubiyyətdir: “Belə bir məğlubiyyəti ABŞ ictimaiyyətinə anlatmaq mümkün deyil. Bu baxımdan Donald Tramp müharibənin uzun sürməsini istəmir. Hazırda bir tərəfdən Pakistanın, digər tərəfdə Türkiyənin vasitəçiliyi ilə ABŞ-İran arasında danışıqlara təşəbbüs edilsə də, Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi şərtlərin İran tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür. Hesab edirəm ki, ABŞ-İsrail-İran qarşıdurmasının taleyi Hörmüz boğazının açılması və İranın iqtisadi arteriyası sayılan Xarq adasının kimin nəzarətində qalmasından asılı olacaq. Yəni Xarq adasına və Hörmüz boğazına kim nəzarət edəcəksə, bu qarşıdurmada qalib də o olacaq. Bu baxımdan, yaxın günlərdə quru əməliyyatlarının həyata keçirilməsi də istisna deyil. İndiki vəziyyətdə də diplomatik danışıqlar aparılması görüntüsü yaratmaqla, düşünürəm ki, Donald Tramp quru əməliyyatlarının keçirilməsi ilə bağlı hazırlıqları da tamamlamaq istəyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Mart 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri