Donald Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp qlobal idxal rüsumunu artırdığını açıqlayıb.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarının ətraflı və hərtərəfli təhlilindən sonra 10 faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə qaldırılır.
Tramp qeyd edib ki, bir çox ölkələr onilliklər ərzində ABŞ-dan birtərəfli şəkildə faydalanıb və yeni qərar qanunvericilik çərçivəsində icazə verilən və hüquqi baxımdan sınaqdan çıxmış maksimum həddə uyğundur.
ABŞ prezidenti əlavə edib ki, yaxın aylarda administrasiya yeni və qanuni tarifləri müəyyənləşdirəcək və tətbiq edəcək.
Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın bir çox ölkədən idxal edilən mallara tətbiq etdiyi genişmiqyaslı gömrük tariflərini ləğv edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Fevral 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















