Icma.az
close
up
RU
Donbas Rusiyaya təhvil verilsə... Əsgərlər nə düşünr?

Donbas Rusiyaya təhvil verilsə... Əsgərlər nə düşünr?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya lideri Vladimir Putin illərdir Donbasda Slavyansk, Kramatorsk, Drujkovka və Konstantinovkanı əhatə edən "istehkamlar kəmərini" ələ keçirməyə cəhd edib, lakin buna nail olmayıb. Lakin indi ABŞ prezidenti Donald Tramp bu ərazini sülh sazişinin bir hissəsi kimi ona vermək istəyir.

Qaynarinfo xəbər verir ki, "The Times” nəşri 63-cü mexanikləşdirilmiş briqadanın hərbçiləri ilə danışıb. 

Bu briqada Kramatorskdan təxminən 30 km şimal-şərqdə yerləşən Liman şəhəri ətrafında ruslarla döyüşür. Ölüm təhlükəsi altında olan və masa arxasında aparılan danışıqlar nəticəsində Rusiyaya verilə biləcək əraziləri müdafiə edən döyüşçülər dərindən məyusdur və demoralizasiya olunublar. Briqada komandiri polkovnik Pavel Yurçuk bildirib ki, dezertirlik briqadanın sıralarını ciddi şəkildə azaldır.

"Bizim ən böyük problemimiz – hərbçilərin özbaşına bölməni tərk etməsidir, çünki onları əvəz edəcək kimsə çox zaman olmur. Bölməmizdən 100 nəfər gedirsə, onların cəmi 1–2 faizi həlak olmuş olur. Qalanlar – müalicəyə gedən yaralılar, xəstələr və çox böyük hissəsi isə özbaşına bölməni tərk edənlərdir", deyə o bildirib.

Onun sözlərinə görə, daha çox şəxsi heyəti olsaydı, bu, döyüşçülərə fasilə verməyə imkan yaradardı. Hazırda isə vəziyyət belədir:

"Əsgər döyüş zonasından 90 gün çıxmır, mən ona beş-yeddi gün istirahət verə bilirəm, sonra isə məcbur olub yenidən ön xəttə göndərirəm. Əsgər anlayır ki, bu qədər qısa istirahətdən sonra yenidən bu yükə tab gətirə bilməyəcək. Çox zaman buna görə qaçır".

Yurçukun sözlərinə görə, Moskvanın yavaş irəliləyişi xüsusi "sızma taktikası" ilə bağlıdır. Bu zaman rus əsgərləri bir-iki-üç nəfərlik qruplar halında irəliləyir, ukraynalılarla təmasdan yayınmağa çalışırlar və meşə zolağında və ya zirzəmidə mövqe tuta bilənə qədər hərəkət edirlər. Çoxu yolda məhv edilir, lakin sağ qalanlara dronlarla sursat çatdırılır, kiçik qruplar şəklində yeni qüvvə göndərilir və nəticədə onlar kifayət qədər toplaşaraq iri hücuma keçə bilirlər.

Polkovnik öz işini "Space Invaders” oyununa bənzədib: ona öz azsaylı qüvvələrini və dronlarını daim hərəkət etdirərək sürətlə çoxalan düşmən qruplarını zərərsizləşdirmək lazım gəlir.

"Onların uğurunun yeganə səbəbi – sonsuz canlı qüvvə axınıdır. Birinci, ikinci, dördüncü, beşinci çətinlik səviyyəsində saniyədə bir düşməni vurmaq mümkündür. Amma onlar hər tərəfdən beş-beş hücuma keçəndə artıq onlara çatdırmaq olmur. Onların canlı qüvvədə üstünlüyü on-birə deyil, yəqin ki, iyirminin birədir".

9-cu rotanın baş çavuşu "Laki” deyir ki, ruslar Liman istiqamətində hücumları davam etdirir və ukraynalıları geri sıxmağa çalışırlar. Əgər şəhəri ələ keçirsələr, bu, onlara Donets çayı üzərindən plasdarm yaratmaq imkanı verəcək.

Hələlik irəliləyişin sürəti aşağıdır. Briqadanın məlumatına görə, ruslar son bir ildə bu sektorda cəmi iki kilometr müəyyən irəliləyiş əldə ediblər. 63-cü briqada bildirir ki, iki il yarım ərzində mövqelərini saxladıqları ərzində təxminən 17 000 rus əsgərini öldürüblər və ya yaralayıblar.

"Laki" deyir: "Düşmən bura çox böyük qüvvə atıb, sadəcə öz adamlarını məhv edir. Bəlkə də biz bir neçə mövqe itirmişik. Amma hər metr üçün bu qədər piyadanı qurban vermək uğur sayıla bilməz. Onlar özlərinə qanla yol açırlar".

Qeyd edək ki,  "Financial Times”ın yazşdığına görə, prezident Trampın emissarları — Stiv Uitkoff və Cared Kuşner — Zelenskiyə bir neçə gün vaxt veriblər və Ukraynanın ərazi itkiləri ilə razılaşmasını tələb edən sülh planına cavab gözləyirlər. Mənbələrin sözlərinə görə, Tramp bu razılaşmanı "Miladdan əvvəl" əldə etmək istəyir. Bununla belə, Zelenskinin son bəyanatı plana ciddi zərbə vurub: prezident açıq şəkildə bildirib ki, Ukrayna öz ərazilərini Rusiyaya vermək fikrində deyil.

Alpər


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri