Dondurulmuş İran aktivləri ərəblərə veriləcək? KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və İran arasında hərbi müstəvidə gərginliyin pik həddə çatması fonunda rəsmi Vaşinqton Tehrana qarşı növbəti iqtisadi təzyiq rıçaqını bəyan edib. İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin Fars körfəzi ölkələrinə kompensasiya qismində ödənilə biləcəyi açıqlanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent özünün rəsmi “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bu məsələyə toxunub. Nazir bildirib ki, İran və ABŞ arasında baş verən hərbi münaqişə zamanı Tehran rejiminin Fars körfəzi ölkələrinə vurduğu hər hansı ziyan məhz İranın dondurulmuş aktivləri hesabına kompensasiya oluna bilər.
Maliyyə nazirinin sözlərinə görə, bu vəsaitlər həmçinin gəmilərin Hörmüz boğazından keçidi zamanı yaranan xərclərin qarşılanması üçün də istifadə edilə bilər. Belə ki, gəmilərdən yığılan tranzit haqlarının rəsmi Tehranın yaratdığı Fars Körfəzi İşləri İdarəsinə (PGSA) ötürülən hissəsi eyni qaydada İrana məxsus dondurulmuş hesablardan tutularaq geri qaytarılacaq.
Skott Bessent xüsusilə vurğulayıb ki, Tehran tərəfindən törədiləcək hər hansı yeni hərbi hücum və ya təxribat bütövlükdə İran üçün mövcud iqtisadi və maliyyə böhranını daha da dərinləşdirəcək. Nazir son günlərdə ABŞ və İran Silahlı Qüvvələri arasında qarşıdurmanın görünməmiş dərəcədə eskalasiya etdiyini və Vaşinqtonun müttəfiqlərini qorumaq üçün həm hərbi, həm də iqtisadi müstəvidə radikal addımlar atmağa hazır olduğunu diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 İyun 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















