Icma.az
close
up
RU
Donor bankları yaradılmasa, problem həll olunmayacaq Professor həyəcan təbili çaldı

Donor bankları yaradılmasa, problem həll olunmayacaq Professor həyəcan təbili çaldı

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Adil Qeybulla: “Orqan köçürülməsinə ehtiyacı olanların sayı donorları dəfələrlə üstələyir” Meyitdən orqan köçürülməsi mexanizmi qurulmadan irəliləyiş çətin olacaq

Cari ilin ilk 6 ayında sümük iliyi transplantasiyasına ehtiyacı müəyyən edilərək gözləmə siyahısına daxil edilmiş şəxslərin sayı 90-a yaxın olub. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda isə ümumilikdə 500-dən çox xəstə sümük iliyi transplantasiyası üçün gözləmə siyahısında qeydiyyatdadır. Gözləmə siyahısında qeyri-beta talassemiya diaqnozu qoyulmuş xəstələrin üstünlük təşkil etdiyi vurğulanıb. "Sümük iliyi transplantasiyasına ehtiyacı olan pasiyentlərin əksəriyyəti uşaq və yeniyetmə yaş qrupuna aiddir. Bu, bizim üçün xüsusi önəm kəsb edir, çünki vaxtında edilən uğurlu transplantasiya bu uşaqlara tam sağlam həyat şansı verir. Mərkəzimiz bu istiqamətdə valideynlərlə sıx iş aparır və donor axtarışını prioritet qaydada həyata keçirir", - məlumat qeyd olunub.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Sherg.az"a açıqlamasında qeyd etdi ki, Mərkəzin məlumatına görə, icbari tibbi sığorta çərçivəsində il ərzində maliyyələşdirilən sümük iliyi köçürülməsi əməliyyatlarının say həddi 50-yə çatdırılıb. Sümük iliyi transplantasiyası İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi daxildir, tam ödənişsiz həyata keçirilir. Diaqnostika, müayinələr, əməliyyat zamanı istifadə olunan dərmanlar və donorun hazırlanması dövlət tərəfindən qarşılanır: 

- Bunlar müsbət addımlardır. Amma nəzərə almalıyıq ki, orqan transplantasiyasının sadəcə epizodik əməliyyat kimi deyil, vahid və strukturlaşdırılmış səhiyyə sistemi çərçivəsində həyata keçirilməsi vacibdir. Donor bazalarının yaradılması, meyitdən orqan köçürülməsi prosesinin qanunvericiliklə tənzimlənməsini problemin əsas həlli yoludur. Burada mütləq sistemli yanaşma olmalıdır. Transplantasiya işinin davamlı inkişafı üçün səhiyyənin strukturlaşdırılmış nizamına ehtiyac duyulur. Orqanlar beyin ölümü keçirmiş şəxslərdən götürülə bilər və tibbi nöqteyi-nəzərdən onlar meyit hesab olunmurlar. Ölkədə dializ müalicəsi alan və orqan köçürülməsinə ehtiyacı olan xəstələrin sayı donor olmaq istəyənlərin sayından qat-qat çoxdur. Orqan transplantasiyasında əhəmiyyətli irəliləyişə nail olunması üçün mütləq şəkildə donor bankları yaradılmalıdır. Bu iş sistemli şəkildə qurulmalıdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyul 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri