Icma.az
close
up
RU
Donuz əti qadağasının təməl hikməti Qurani Kərimdə göstərilib

Donuz əti qadağasının təməl hikməti Qurani Kərimdə göstərilib

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Donuz əti qadağasının təməl hikməti Qurani-Kərimdə göstərilib

Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib. Bu məsələdə "Qurani-Kərim"in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi prof. Dr. Yaşar Nuri Öztürkün "Donuz əti" məqaləsini oxucuların diqqətinə çatdırırıq.

Müqəddəs kitabımız Qurani-Kərim donuz əti yeməyi haram buyurur. Bəzi halları çıxmaq şərtilə, müsəlman donuz əti yeyə bilməz və əgər yeyərsə, böyük günah işlətmiş olar.

Bu günə qədər donuz əti qadağasının bütün səbəblərinin araşdırılaraq üzə çıxarıldığı qənaətində deyilik. Fikrimcə, Qərb alimləri qadağa ilə bağlı səbəblərin bəlkə də islam dininə xal qazandıracağını bildiklərinə ğörə bu mövzu üzərində çox dayanmamaqda israrlı görünürlər. Həmçinin bu qadağanın bir çox tibbi və bioloji zərurəti oldugunu anlamağımıza kömək edəcək bir sıra elmi kəşflər və araşdırmalar mövcuddur.

***

Donuz əti qadağasının təməl hikməti Qurani-Kərimdə göstərilib.

Qurana görə,donuz əti sağlam insanın həyatı ilə bağlı meyarlar baxımından murdar qidadır, murdar olduğuna görə də haramdır. Quran, donuz ətini (axar)qan və leşlə bərabər tutur, yəni donuz ətini "murdar" görür və buna əsasən,qadağa hökmünü verir.Qadağanı əks etdirən ayələrdə deyilir:

"Allah sizə ölmüş heyvanı,(axar)qanı, donuz ətini və Allahdan başqasının adı ilə(bütlərin və s.) kəsilənləri yeməyi qəti haram buyurub. Lakin əlacsız qaldıqda(başqasının malını )zorla mənimsəmədən və həddi aşmadan(zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayan və mərhəmətlidir!"("Əl-Bəqərə";173).

"Ölü(kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə("bismilləh" deyilmədən) kəsilmiş, boğulmuş,(küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə )vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş-canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır-dikinə qoyulmuş daşlar(bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən(onu məhv edə bilmədikləri üçün)əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun!" ("Əl-Maidə";3)

(Ya Rəsulum!) De ki: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə ("bismilləh" deyilmədən) kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz). "Çünki sənin Rəbbin, həqiqətən, bağışlayan və rəhm edəndir!" "Əl-Ənam";145).

"Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən("bismilləh" deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə ( günah yazılmaz). Çünki Allah bəndələrini bağışlayan və rəhm edəndir!"("Ən-Nəhl";115).

Təmiz qidalarla insan və ruh sağlamlığı arasında əlaqə quran bu ayələr bütün peyğəmbərlərə vəhy olunub. Qurana əsaslanaraq tam əminliklə söyləyə bilərik ki, bütün tövhid dinlərdə donuz əti yemək qadağan olunub .Bu qadağa yəhudi dinində də var. Musəvilikdən sonra yaranmış xristian dinində də bu qadağa, ağıla və məntiqə görə,olmalıdır, baxmayaraq ki, xristian dünyası bunun tam əksini söyləyir.

Mənim anladığıma və inandığıma görə, mövcud İncil kitablarında bu qadağanın yer almamasının səbəbi həmin kitabların Müqəddəs Pavelin(həvari Pavel-tərc.) sistemləşdirdiyi xristianlığın kitabları olmasıdır, çünki Pavel və kilsənin müdaxiləsinə məruz qalmamış və müsəlmanların da ən məqbul hesab etdikləri Barnaba İncilində donuz əti qadağası mövcuddur:

"Şagirdlərdən biri dedi: "Əgər mən donuz əti və ya murdar olan başqa bir ət yesəm bu mənim vicdanımı kirlətməz ki?" İsa cavab verdi :"İtaətsizlik insanın içinə girməz, insandan, onun qəlbindən dışarı çıxar. Bu səbəblə haram qılınmış qidanı yeyərsə vicdanı kirlənmiş olar" (Barnaba, 32/32-34).

Barnaba-İsa Məsihin ardıcıllarından biri olub. 4-5-ci əsrlərdə müxtəlif müəlliflər tərəfindən yazılmış İncil kitabları-bunların sayı 396 idi!?- hal-hazırda qanuni hesab edilən dörd İncildən başqa, kilsə tərəfindən qadağan olunaraq məhv edilirdi. Barnaba İncili də qadağan olunmuş kitablar arasında idi. Həmin İncildə Ərəbistanda Muhəmməd peyğəmbərin zühur edəcəyi, donuz əti qadağası və digər məlumatlar var. Bu kitabın yalnız bir neçə nüsxəsi günümüzə qədər gəlib çatmışdır. Vyanada tapılmış nüsxələrdən biri ingilis dilinə tərcümə olunub və hal-hazırda İmperator kitabxanasında qorunur. İkinci nüsxə Böyük Britaniya, üçüncü nüsxə isə Amerika Konqresinin kitabxanasında saxlanılır. Lakin Barnaba İncilinin bu nüsxələri hərbi sirr kimi xalqdan çox ciddi şəkildə gizlədilirdi. ABŞ-da hərbi komissar işləmiş pakistanlı Əbdürrəhman adlı general bu sirrin üstünü açmağa müvəffəq oldu. Belə ki o, həmin İncili gizli şəkildə mikroplyonkaya çəkmiş və "Bəyim Aişə Bavani " adlı fond vasitəsilə Pakistanda dərc etdirmişdir. Bu hadisə bütun islam dünyasını heyrətə salmış, Qərb informasiya vasitələrində isə çaxnaşma yaratmışdır-tərc)

***

Barnaba İncilinin yuxarıdakı ayəsindən aydın olur ki, ilkin xristianlıqda da (Pavelin "müəllifi" olduğu xristianlıqda deyil !!!) eynilə Quranda olduğu kimi, qidalarla insanlıq arasındakı bağlılıga önəm verilmiş və donuz əti murdar hesab edilərək qadağan olunmuşdur. Bu qadağanı, böyuk ehtimalla Pavel özünün həyata keçirdiyi "islahatla" aradan qaldırmışdır, çünki Hz.İsadan sonra xristianlığa "əl gəzdirmiş" və onu "yenidən qurmuş" Pavel belə deyirdi:

"Vicdan xatirinə qəssab dükanında satılan hər bir şeyi araşdırmadan alıb yeyin!"(Korinflilərə məktub; 1/10/25).

Pavel həmçinin belə söyləyirdi:

"Vicdan xatirinə önünüzə qoyulan hər bir şeyi təhqiq etmədən yeyin!"(Korinflilərə məktub;10/27).

Yəhudilikdə, eləcə də yəhudiliyin bir qolu olaraq qəbul edilən Sabi dinində də donuz əti yemək haramdır. Monoteist(təkallahlı) dinlərin hamısında haram olan bir qidanın xristianlıqda halal olması təəccüblüdür. Aydın olan budur ki, mövcud xristianlıqda donuz ətinin halal qılınmasının əsasında Hz. İsanın təlimi deyil, Pavelin " islahatı" dayanır.

İnsanın kamil dərəcəyə yetişməsi üçün onun qəbul etdiyi qidalar tələb olunan dərəcədə təmiz olmalıdır. Bunun üçün qidalar, Quranın təbirincə desək "rics" və "xəbis" (murdar) olmamalıdır. Halal qılınmış qidanın "tayyib"(təmiz) olduğunu göstərən Quran bu sözün qarşılığını elə həmin ayələrdə "xəbis" olaraq göstərir: "O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi(heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz,pak(tayyib) nemətləri halal, murdar(rics) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar(şəriətin çətin hökmlərini götürər). O peyğəmbərə iman gətirən, yardım göstərən və onunla(onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın)ardınca gedənlər-məhz onlar nicat tapanlardır!"("Əl-Əraf";157).

"Murdar (xəbis) qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz(tayyib) qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar münafiqlərin dediklərindən (yalan,pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan)bağışlanma və (Cənnətdə) tükənməz, minnətsiz ruzi gözləyir!("Ən-Nur"26).

Xəbis rics sözləri murdar, natəmiz deməkdir . Quranda Şeytanın əməlləri də rics sözü ilə ifadə edilib. Donuz əti, həm tayyib sözünün antonimi olan xəbislər arasındadır, həm də Şeytanın bəd əməllərini ifadə etmək üçün istifadə edilmiş ricslərdən biridir.

Donuz ətinin murdar hesab edilməsini Quranın varlıq və həyat anlayışı baxımından dəyərləndirmək, onu Quranın əsas dəyər verdiyi varlığa- insana zərərli qida olaraq qəbul etmək lazımdır. Quran, insanı görmək istədiyi dərəcəyə çatdırması üçün mənsublarını, əgər belə söyləmək mümkündürsə, təbii pəhrizə tabe etmək istəyir. Bəs, bu pəhrizin tibbi və bioloji baxımdan tələbləri nədir?

Birincisi, bütün tibb mütəxəssisləri qırmızı əti(mal,qoyun və s.) sağlamlıq baxımından ehtiyatla, mümkün qədər az istifadə etməyi tövsiyyə edirlər. Bir çox insana, xüsusilə də müəyyən yaşdan sonra qırmızı ət yeməmək və ya qadağaya yaxın azaltmaq tövsiyyə olunur.

İkincisi, dünyanın hər yerində və bütün mədəniyyətlərdə ən ucuz ət- donuz ətidir.

Üçüncüsü, elmi araşdırmalar bunu söyləməyə əsas verir ki, bütün növ ətin arasında tərkibində ən yüksək toksik maddələr olan, ən çətin həzm olunan, mikrob yaratmağa və xəstəliklər törətməyə meylli olan, eləcə də piy toxuması və xolesterini ən yüksək olan ət donuz ətidir. Bunları nəzərə alan təbiblər:"Donuz əti olduqca təhlükəlidir, ondan uzaq durun!"-deyə həyəcan təbili çalırlar.

Donuz ətinin qadağan edilməsinə səbəb isti iqlimdirmi?

Bir sıra Şərq və Qərb tədqiqatçıları donuz əti qadağasının səbəbini(islam dininin yarandığı Ərəbistan) çöllərin şiddətli istisi, bu səbəbdən də donuz ətində yaranan trixinel adlanan parazitlərin yaratdığı təhlükə ilə izah edirlər. Onlar buna əsaslanaraq soyuq iqlimlərdə donuz əti qadağasının mənasız olduğu qənaətindədirlər.

Bu fikirlə razılaşmayan digər tədqiqatçılar isə, qadağanın çöllərdəki (səhralıqda)su qıtlığı ilə bağlı olduğunu söyləyirlər. Onların fikrinə görə, donuz suyu bol olan iqlimlərdə yetişən və həddən artıq çox su sərf edən heyvandır.

Suyun qıt və həyati ünsür hesab olduğu çöl şəraitində donuz əti məhz bu səbəbdən qadağan edilmişdir. Çöl şəraitində su, onu həddən artıq sərf edən donuzun ətindən daha vacib olduğundan onun yetişdirilməsi nə iqtisadi, nə də həyati baxımdan sərfəli deyil. (bax:James Dale Davidson;Muhammed Replaces Marx,The Great Reckoning-Simon and Schuster Co./93,s.218-220)

Bu tədqiqatçılar donuz əti qadağasının rasional əsası olduğunu qəbul etmək əvəzinə bu qadağanı bir tabu olaraq qəbul etməyi üstün tuturlar.

"Qurani-Kərim" nöqteyi-nəzərdən baxdıqda isə, bu tezislərin hamısı əsassızdır. Birincisi, dünyəvi bir din müəyyən bir iqlimi əsas götürməklə deyil, ortaq- dünyəvi insan və həyat gerçəklərini nəzərə alaraq əmrlərini diktə edir. Müəyyən iqlim və bölgələrlə bağlı qadağalar isə dinlər əsasında ənənəvi qaydalar olaraq yer alırlar ki, Quran dinində də bunlara haram yox, məkruh deyilir. Donuz əti qadağası müəyyən bölgə və ya müvəqqəti şərtlərlə bağlı olan qadağa deyil, bu, əbədi(dəyişməz) gerçəklərlə bağlı olan qadağadır. James D.Davidson yuxarıda qeyd olunan əsərində donuz əti qadağasının "çöldəki su qıtlığı"ilə bağlı olduğunu söyləyərkən bu sualı cavabsız qoyur: Hz.İsanın təlimini " yenidən quran" Pavel də çöl şəraitində yaşamış və təbliğ etmişdir. Bəs onun təlimində donuz əti hansı səbəbə halal elan edilmişdir?

Donuz əti qadağasının, digər qadağalar kimi tabu olaraq qiymətləndirilməsi kökündən yanlışdır, qəbuledilməzdir. Çünki Quran, vəziyyət tələb etdikdə bu qadağanın, eynilə digər qadağalar kimi, pozulmasının mümkünlüyünü açıq-aydın bəyan edir. İnsan həyatının çətinlikləri bir qadağanı pozmağa məcbur edirsə, ona tabu deyilə bilməz, o, olsa olsa diyət ola bilər. Tabu, pozulması mümkün olmayan qadağanın adıdır. Tabuda rasionallığa yer yoxdur. Quranda bu mənada heç bir qadağa yoxdur. Çünki Quran insanı din üçün deyil, dini insan üçün görməkdədir.

Tərcümə edəni Elmira Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:28
embedMənbə:http://oxumeni.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see250

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see250

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see230

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see125

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see124

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri