Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FİFA DÇ-2026 zamanı dopinq testi müsbət çıxan Tunis millisinin futbolçuları ilə bağlı qərarını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.Tunis millisinin 8 futbolçusunun analizlərində Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan olunmuş klenbuterol maddəsinin izləri aşkarlanıb.
İlkin araşdırmalar göstərir ki, futbolçuların analizlərinin müsbət çıxmasına səbəb Meksikada qaldıqları müddətdə qəbul etdikləri yerli ət məhsulları olub. Bildirilir ki, həmin ətin tərkibində yağ yandırıcı təsirə malik qadağan olunmuş maddələr olub və bu, idmançıların performansını artırmaq məqsədi daşımayıb.
"Mosaïque FM"in məlumatına görə, FİFA bu nəticələrdən sonra Tunis Futbol Federasiyasına rəsmi məktub göndərərək futbolçulara qarşı heç bir intizam tədbiri görülməyəcəyini bildirib.
Qeyd edək ki, Tunis millisi dünya çempionatında qrup mərhələsində İsveç, Yaponiya və Niderlanda uduzaraq mübarizəni erkən dayandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 İyul 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















