Icma.az
close
up
RU
Dörd qol vuracağımıza inanmaya bilərdim, amma... Dinamo nun baş məşqçisi

Dörd qol vuracağımıza inanmaya bilərdim, amma... Dinamo nun baş məşqçisi

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minskin "Dinamo" klubu "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "Dinamo"nun baş məşqçisi Aleksandr Şaqoyko görüşdən sonra keçirilmiş mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:

"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qalibiyyətə görə şadıq. Amma optimist qalmalıyıq. Bəli, üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qadırmağa çalışacağıq. İkinci oyunu gözləyəcəyik".

- Oyundan əvvəl "Neftçi"ni 4:2 hesabı ilə məğlub edəcəksiz desəydilər, buna inanardınız?

- Dörd qol vuracağımıza inanmaya bilərdim. Amma biz 7 dəqiqəyə iki qol buraxacağımızı da planlaşdırmırdıq. Lakin qələbəyə hazırlaşmışdıq. Bunu da etdik. Kiminlə oynayacağımızı bilirdik. Hər şey plan üzrə getdi.

- Cavab görüşü haqda nə düşünürsüz?

- Qeyri-adi optimizm yoxdur. Uşaqlar da bunu əla başa düşür. Super üstünlüyümüz yoxdur ki, artıq indidən növbəti mərhələ haqda danışaq. Öz imkanlarımızı bilirik, rəqibə də hörmətlə yanaşırıq. İki top fərqi ən təhlükəli top fərqidir. Çünki buraxdığınız bir qol hər şeyi bir anda sizə qarşı çevirə bilər. Çox ağır oyun olacaq. Ciddi hazırlaşacağıq. Başqa cür olmaz. Demişdim ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır.

- Bundan sonra "Neftçi" səddini keçə bilməsəniz, sizin üçün faciə hesab olunacaq?

- Bizim üçün istənilən məğlubiyyət faciədir. Biz qələbə üçün oynayırıq. Meydançaya uduzmaq üçün çıxmırıq. Uduzsaq, düzdür, tam faciə deməzdim, amma çox pis olarıq. Hər bir idmançı udmaq üçün oynayır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 İyul 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri