Dörd Rusiya şirkəti Aİ nin sanksiya siyahısından çıxarıldı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“First Investment Bank”, “Investment Cooperative Bank”, “Reso Credit” Bankı və “Taneco” neft şirkəti Aİ sanksiyalar siyahısından çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Sistem” araşdırma şirkətinin hesabatında öz əksini tapıb.
Bu şirkətlərin hamısının Avropa səhmdarlarının maraq dairəsində olduğu bildiirlir.
“First Investment Bank”ın 67,11%-lik payı 2018-ci ildə Bolqarıstanın “Starcom Holding” şirkəti tərəfindən əldə edilib. 2021-ci ilə qədər “Starcom”un payı əlavə kapitallaşma nəticəsində 97,76%-ə qədər artıb. Daha sonra onun payı 93,19%-ə düşdüb. 2025-ci ildə dərc olunmuş hesabatda “Starcom Holding”in payı hələ də 93,19%-dir.
“Investment Cooperative Bank” da Bolqarıstan biznesi ilə əlaqəlidir və 2021-ci il etibarilə Bolqarıstan qrupu olan “Chimiport” səhmlərin 86,27 faizinə nəzarət edir.
“Reso Credit” Bankı isə Fransanın AXA sığorta qrupu ilə, “Taneco” neft şirkəti isə Macarıstanın MOL qrupu ilə əlaqəlidir.
Brüsseldəki iki mənbə bildirib ki, “First Investment Bank” və “Investment Cooperative Bank” Bolqarıstan tərəfinin tələbi ilə sanksiya siyahısından çıxarılıb.
“Reso Credit”in çıxarılmasını Fransa nümayəndələri, “Taneco”nun çıxarılmasını isə Macarıstan nümayəndələri tələb edib.
Bu mövzuda digər xəbərlər:Bu şəxslər sanksiya siyahısından çıxarıldı ADLAR
14 Mart 2025 17:21
Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR
24 İyul 2026 01:21
ABŞ dən kritik həmlə: Sanksiya siyahısından çıxarıldı
02 Aprel 2026 12:38
Mahmudov Millinin siyahısından çıxarıldı
14 Noyabr 2024 14:10
Adı Oskarın siyahısından çıxarıldı
21 Dekabr 2024 23:52
Baxış sayı:96
Bu xəbər 13 Noyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















