Icma.az
close
up
RU
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi

Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Artıq ikinci ildir ki, sentyabrın 20-də Azərbaycan vətəndaşları Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günləri qeyd edilir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, 30 illik işğal dövrünə son qoyan və minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin simvoludur. Bu, təkcə bir bayram deyil, Azərbaycan xalqının iradəsinin, birliyinin və Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi uzaqgörən strateji xəttin təntənəsi, dirçəlişin, bərpa və quruculuq işlərinin geniş vüsət aldığı tarixi anların yadigarıdır. 
2023-cü il oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, 30 illik arzunun reallaşdığını elan etdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünə qoruyacağam... Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu sözlər təkcə bir liderin deyil, bütün bir xalqın hislərini ifadə edirdi”.  
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bu, Azərbaycanın hərbi qüdrətinin, ordusunun müasir texnika və silahlarla təchiz olunmasının ən parlaq nümayişi idi.  
Zəfərdən sonra Azərbaycan üçün yeni mərhələ – bərpa və dirçəliş dövrü başlandı. Bu istiqamətdə atılan addımların ən mühümlərindən biri Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması oldu. Digər bir tarixi qərar isə Ağdərə rayonunun yaradılması oldu. 2023-cü il dekabrın 5-də qəbul edilən qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni rayon formalaşdırıldı. İdman sahəsində də tarixi hadisə baş verdi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndidə keçirdi. 
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri və burada həyata keçirilən layihələrə şəxsi nəzarəti bərpa işlərinin sürətli və keyfiyyətli şəkildə aparılmasında həlledici amil oldu. 
Prezidentin 2023-2025-ci illər ərzində Xankəndiyə etdiyi çoxsaylı səfərləri zamanı onlarla sosial, infrastruktur və iqtisadi layihənin təməli qoyuldu və açılışı oldu. 2023-cü il oktyabrın 15-də Dövlət Bayrağının ucaldılması, 8 noyabr 2023-cü ildə hərbi parad, 7 fevral 2024-cü ildə prezident seçkilərində səs vermə, ötən il Novruz bayramının qeyd edilməsi kimi tarixi anlar şəhərin yeni dövrünü simvollaşdırdı. “Qarabağ”, “Palace” və “Bulud” mehmanxanalarının bərpası, “Xankəndi” Biznes Mərkəzinin, Konqres Mərkəzinin, Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası kimi nəhəng layihələr şəhərin gələcəyini formalaşdırır. Beynəlxalq səviyyədə də Xankəndi öz mövqeyini bərkitdi. 2025-ci ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü burada keçirildi. Özbəkistan, Türkmənistan, BƏƏ, Pakistan kimi ölkələrin rəsmı nümayəndələri ilə görüşlər və birgə layihələr şəhərin beynəlxalq əlaqələrini genişləndirdi. Prezidentin rayonun Böyük Tağlar, Edilli, Düdükçü, Tuğ, Azıx kəndlərinə və Hadrut qəsəbəsinə ilk səfərlərindən etibarən genişmiqyaslı tikinti işləri görüldü. Yolların, tunellərin, məscidin, məktəbin, “Hadrut” qovşaq yarımstansiyasının inşası rayonun həyatını kökündən dəyişdi. 
Xocalı rayonu üçün ən əhəmiyyətli layihələrdən biri 2024-cü ilin fevral ayının 26-da Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi oldu. Bu, 1992-ci il faciəsində həlak olanların xatirəsini əbədiləşdirmək üçün mühüm addım idi. Bundan əlavə, şəhərdə çoxmənzilli binaların təmiri, Xocalı hava limanının, “Xocalı” yarımstansiyasının, kərpic zavodunun, heyvandarlıq kompleksinin və tut bağının salınması rayonun iqtisadi həyatını canlandırdı. 
Ağdərə rayonunda isə ən diqqətçəkən layihələr isə Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun açılışı və Suqovuşan kəndində yaşayış kompleksinin və məscidin istifadəyə verilməsi oldu. 
Yeni gələcəyə doğru Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təkcə keçmişə deyil, eyni zamanda gələcəyə baxan bir bayramdır. Bu gün Azərbaycan xalqının qətiyyətini, iradəsini və dirçəliş qüvvəsini simvollaşdırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə edilən bu tarixi nailiyyətlər nəsildən-nəslə ötürüləcək bir irsdir. Azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və tikinti işləri isə Azərbaycanın müasir dövründə ən parlaq səhifələrdən birini təşkil edir. 20 Sentyabr – bu, Azərbaycanın zəfərini, qürurunu və gücünü dünyaya nümayiş etdirdiyi, öz torpaqlarında sülh və tərəqqi gələcəyi qurmaq iradəsini təkrar etdiyi gündür. Bu, Xankəndinin, Xocalının, Xocavəndin və Ağdərənin, bütövlükdə isə Qarabağın Azərbaycanlılara əbədi mənsub olduğunu bir daha təsdiq edən gündür.
Lamiyə Həsənzadə 
Azim Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri