Icma.az
close
up
RU
Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər in İCMALI

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər in İCMALI

Icma.az bildirir, Idman.biz portalına istinadən.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda Bakıda “Sabah”la qarşılaşacaq İspaniyanın “Barselona” klubunun heyətində 18 yaşlı belçikalı vinger Cessi Bisivu debüt edə bilər. O, hazırda Kataloniya təmsilçisinin İspaniya çempionatının dördüncü divizionunda çıxış edən əvəzedici komandasında oynayır.

İdman.Biz-in daha əvvəl xəbər verdiyi kimi, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik qarşıdakı görüş üçün heyəti müəyyənləşdirib və komanda Azərbaycanın paytaxtına yola düşüb.

22 futbolçunun yer aldığı siyahıya Bisivu da daxil edilib. Gənc belçikalı bu mövsüm ilk dəfə əsas komandanın rəsmi oyun üçün heyətinə çağırılıb. Bundan əvvəl o, yalnız əsas komandanın yoldaşlıq görüşlərində iştirak edib. İspaniya çempionatında və Çempionlar Liqasında isə hələ meydana çıxmayıb.

Bisivunun heyətə cəlb edilməsi birbaşa Kataloniya klubunun kadr problemləri ilə bağlıdır. Baş məşqçi Hans-Diter Flik sağ topuğunda yaranan yüngül narahatlıq səbəbindən “Barselona”da qalan Lamin Yamalın xidmətindən yararlana bilməyəcək. İspaniyanın “AS” qəzeti yazır ki, almaniyalı mütəxəssis 19 yaşlı ulduz futbolçunun yoxluğunu kompensasiya etmək üçün əvəzedici komandadan belçikalı oyunçunu dəvət etmək qərarına gəlib.

Bisivu 2026-cı ilin yayında Belçikanın “Brügge” klubundan “Barselona”ya keçib. İspaniya mətbuatının məlumatına görə, Kataloniya klubu perspektivli futbolçu üçün təxminən 8,5 milyon avro ödəyib və onunla 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Gənc vinger sürəti, driblinqi və rəqiblərini təkbətək mübarizələrdə keçmək bacarığı ilə seçilir. O, hələ 2025-ci ildə Belçikanın U-17 millisinin heyətində Avropa çempionatındakı uğurlu çıxışı ilə diqqət çəkib və turnirin rəmzi yığmasına daxil edilib. İspaniyaya köçməzdən əvvəl Bisiwu “Brügge”nin əvəzedici komandasında Belçika çempionatının ikinci divizionunda 36 oyun keçirib.

Belçikalı futbolçu “Barselona”nın yay hazırlıq mərhələsində xüsusilə parlaq çıxış edib. Avqustun 16-da İsveçrənin “Bazel” klubu ilə yoldaşlıq görüşündə dubl edən Bisiwu komandasının 5:2 hesablı qələbəsinə töhfə verib. Onun qollarından birini Lamin Yamalın ötürməsindən sonra vurması da diqqət çəkib. İndi isə məhz Yamalın əvəzinə Çempionlar Liqasının oyununa yollanmaq şansı qazanıb.

Maraqlıdır ki, Hans-Diter Flik daha əvvəl gənc futbolçunun perspektivləri barədə fikirlərini açıqlayıb. Almaniyalı mütəxəssis avqustun 30-da keçirilən mətbuat konfransında belçikalının əsas komanda ilə məşq edəcəyini, lakin oyun təcrübəsi qazanmaq üçün əvəzedici heyətdə çıxış edəcəyini bildirib.

“Onun böyük potensialı var, lakin belə böyük klubda oynamaq asan deyil. O, daha da yaxşılaşa bilər və belə də olacaq”, – deyə Flik həmin vaxt bildirib.

Bununla belə, Bisiwu “Barselona Atletik”in Bakı səfərinə yollanan yeganə təmsilçisi deyil. Onunla birlikdə 18 yaşlı mərkəz müdafiəçisi Aleks Kampos da Azərbaycana gəlib. Kataloniya klubunun əvəzedici komandası 2026/2027 mövsümündə İspaniya futbolunun gücünə görə dördüncü divizionu olan Sequnda Federasiyanın II qrupunda çıxış edir.

Qeyd edək ki, Flikin Çempionlar Liqasının oyunlarında əvəzedici komandadan futbolçuları heyətə cəlb etməsi ilk dəfə deyil. Belə ki, noyabrın 3-də İngiltərənin “Aston Villa” klubu ilə ev matçında “Barselona”nın iştirak ərizəsinə “Barselona Atletik”dən dörd futbolçu – Həmzə Abdelkarim, Orian Qoren, Gilyem Viktor və Aleks Kampos daxil edilib. Onların dördü də ehtiyat oyunçular skamyasında qalıb, Kataloniya təmsilçisi isə 3:0 hesablı inamlı qələbə qazanıb.

Beləliklə, Bakıda keçiriləcək qarşılaşma Bisiwunun karyerasında mühüm mərhələyə çevrilə bilər. Bununla belə, onun birbaşa oyunda iştirak edib-etməyəcəyi məşqçilər korpusunun qərarından asılı olacaq.

Xatırladaq ki, “Sabah” - “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlayacaq. Çempionlar Liqasının Liqa mərhələsində dörd turdan sonra 9 xal toplayan “Barselona” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Üç xala malik “Sabah” isə 31-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri