İspaniya La Liqası: “Vilyarreal” “Barselona”nın “Real”dan uzaqlaşmasına kömək edə bilər in İCMALI
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Futbol üzrə İspaniya La Liqasında 21-ci tura start verilib və mövsüm bu mərhələyə turnir cədvəlinin yuxarı pillələrində son dərəcə gərgin mübarizə ilə gəlib çatıb.
İdman.Biz xəbər verir ki, 20-ci turda “Real Sosyedad”a 1:2 hesabı ilə uduzmasına baxmayaraq, “Barselona” liderliyini qoruyur. “Real Madrid” isə katalon klubunu bir addımlıq məsafədə izləyir və istənilən xal itkisi turnir cədvəlində vəziyyəti dərhal dəyişə bilər.
Ayrı bir süjet xətti də “Vilyarreal”la bağlıdır. Komanda ilk üçlükdə qərarlaşıb və turun mərkəzi oyununda xal qazana biləcəyi halda liderlərə daha da yaxınlaşmaq şansını saxlayır.
“Vilyarreal” – “Real Madrid” (24 yanvar)
Turun əsas qarşılaşması “Estadio de la Seramika” stadionunda keçiriləcək. Çempionatın üçüncü komandası “Vilyarreal” turnir cədvəlində ikinci pillədə olan “Real Madrid”i qəbul edəcək.
Bu görüş çempionluq mübarizəsinə birbaşa təsir göstərir: madridlilər “Barselona”dan cəmi bir xal geri qalır, meydan sahibləri isə qələbə qazanacaqları halda titul uğrunda mübarizəyə real şəkildə qoşulmaq imkanını saxlayacaqlar.
“Real” bu tura yüksək əhval-ruhiyyə ilə çıxır. Komanda Çempionlar Liqasındakı son oyununda “Monako”nu 6:1 hesabı ilə darmadağın edib. Baş məşqçi səlahiyyətlərini icra edən Alvaro Arbeloa Vilyarreal səfəri öncəsi bildirib ki, futbolçularından maksimum tələb olunacaq:
“Vilyarreal” çox güclü komandadır və bizdən çox şey tələb edəcək… Əgər üç xal qazanmaq istəyiriksə, çox yüksək səviyyədə oynamalıyıq”.
“Real”da həmçinin Afrika Millətlər Kubokunda çıxışdan sonra Brahim Diasın komandaya qayıtması da qeyd olunur ki, bu da hücum xəttində və rotasiyada variantları genişləndirir.
“Vilyarreal”ın son nəticələri ideal olmayıb: komanda çempionatda “Betis”ə 0:2 hesabı ilə uduzub, avrokuboklarda isə “Ayaks”a 1:2 məğlub olub. Bununla belə, “Real”la oyunun statusu aydındır – bu qarşılaşma azarkeşlər önündə mövsümü dərhal yenidən yükləmək üçün əla fürsətdir.
Meydan sahiblərinin kadr durumu əsasən müdafiəçi Alfonso Pedrasanın hazırlıq vəziyyətindən asılıdır. Burun arakəsməsinin sınığından sonra o, əsas qeyri-müəyyənlik olaraq qalır, lakin qoruyucu maska ilə meydana çıxması variantı da nəzərdən keçirilir.
“Barselona” – “Real Oviedo” (25 yanvar)
Turun daha bir diqqətçəkən oyunu Kataloniyada keçiriləcək. “Barselona” “Real Oviedo”nu qəbul edəcək və “Real”ın birinci yerə yaxınlaşmasına imkan vermədən liderliyini təsdiqləmək niyyətindədir.
Bu, blauqrana üçün 2026-cı ildə evdə keçiriləcək ilk matç olacaq. Komanda uzun səfər oyunları seriyasından sonra “Kamp Nou”ya qayıdır və turnir cədvəlindəki birxallıq üstünlüyünü qorumağı hədəfləyir.
Rəqib oyuna xüsusi tarixi çalar qatır: “Oviedo” 25 ildən sonra ilk dəfə Barselonada oynayacaq. Komandalar bu stadionda sonuncu dəfə 2001-ci ilin mayında qarşılaşıblar və həmin görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
“Barselona”nın kadr xəbərləri ilk növbədə Pedrinin itkisi ilə bağlıdır. Klub arxa bud əzələsindən aldığı zədəni təsdiqləyib və bərpa müddəti təxminən bir ay olaraq qiymətləndirilir. Bundan başqa, Qavi və Kristensen bərpa prosesini davam etdirir, Ferran Torres isə əzələ zədəsinə görə son oyunları buraxıb.
“Real Oviedo” tura sonuncu pillədə başlayır və elitada qalmaq zonasından çıxmaq üçün xallara ciddi ehtiyac duyur. Komanda Gilyermo Almadanın rəhbərliyi altında oyuna hazırlaşır və klub Barselona səfəri öncəsi intensiv məşq prosesi keçdiklərini bildirib.
La Liqanın 21-ci turunun digər oyunları:
23 yanvar
“Levante” – “Elçe” 3:2
24 yanvar
“Rayo Valyekano” – “Osasuna”
“Valensiya” – “Espanyol”
“Sevilya” – “Atletik”
25 yanvar
“Atletiko” – “Malyorka”
“Real Sosyedad” – “Selta”
“Alaves” – “Betis”
26 yanvar
“Jirona” – “Xetafe”
21-ci turun startı ərəfəsində La Liqanın turnir cədvəli:
“Barselona” – 49
“Real Madrid” – 48
“Vilyarreal” – 41
“Atletiko” – 41
“Espanyol” – 34
“Betis” – 32
“Selta” – 32
“Elçe” – 24
“Real Sosyedad” – 24
“Atletik” – 24
“Jirona” – 24
“Osasuna” – 22
“Rayo Valyekano” – 22
“Sevilya” – 21
“Malyorka” – 21
“Xetafe” – 21
“Valensiya” – 20
“Alaves” – 19
“Levante” – 17
“Real Oviedo” – 13
Teymur Tuşiyev
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 24 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















