Dördüncü təxliyə qrupu İrandan Azərbaycana daxil oldu FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidi mərhələli şəkildə davam edir.
"Unikal" xəbər verir ki, bu gün sayca dördüncü təxliyə qrupu Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçərək, ölkə ərazisinə daxil olub.
Təxliyə olunan şəxslərin əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Onlar İran İslam Respublikasında müxtəlif sahələrdə – o cümlədən incəsənət, təhsil və xidmət sektorlarında fəaliyyət göstəriblər.
Qrupun bir hissəsi isə artıq dünən Azərbaycan ərazisinə keçib və bütün zəruri prosedurlardan sonra müvafiq qaydada təyinat yerlərinə yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 İyun 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















