DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin növbəti iclası keçirilib. DOST-un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlayn formada keçirilən görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə edilib.
İclasda bir neçə prosedur sənədi yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub. DOST Çağrı Mərkəzi 142 tərəfindən təqdim edilən daha iki sənəd layihəsi isə müzakirəyə çıxarılıb. Daha sonra Agentliyin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib
29 Noyabr 2024 16:20
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib AZƏRTAC
29 Noyabr 2024 16:05
DOST Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunub
17 Mart 2025 15:02
YAP İdarə Heyətinin iclası keçirilib
02 Dekabr 2024 18:27

