DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 noyabr, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin növbəti iclası keçirilib.
DOST-un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formada keçirilən görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə edilib.
İclasda bir neçə prosedur sənədi yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub. DOST Çağrı Mərkəzi 142 tərəfindən təqdim edilən daha iki sənəd layihəsi isə müzakirəyə çıxarılıb. Daha sonra Agentliyin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
Baxış sayı:99
Bu xəbər 29 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















