Icma.az
close
up
RU
Astarada ər tərəfindən şiddət görən qadın ona mülki iddia qaldırdı MƏHKƏMƏ

Astarada ər tərəfindən şiddət görən qadın ona mülki iddia qaldırdı MƏHKƏMƏ

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Astara rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Natiq Babayev birgə yaşadıqları evdə arvadı Mətanət (ad-soyad şərtidir – red.) ilə ailə münaqişəsi zəminində mübahisə edib. 
Mübahisə zamanı o, arvadının bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri, həmçinin sol qoluna təpik zərbəsi vurub. 
Hadisəni törədən N. Babayevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən N. Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2 uşaq atasıdır, arvadı Mətanət ilə aralarında tez-tez mübahisələr baş verir: “Hazırki mübahisənin əsas səbəbi isə digər qadınla olan telefon danışığımın həyat yoldaşım tərəfindən eşidilməsi olub. Hadisə günündən əvvəlki gün Bakı şəhərinə işlə bağlı getdim. Bakı şəhərindən təxminən saat 20:00-da qayıdaraq yaşadığım evə gəldim. Evə gəldikdən sonra arvadım mənə şam yeməyi hazirladı. Yeməyini yedikdən sonra saat təxminən 22:00-da evdən çıxaraq getdim. Gecə təxminən saat 01:45-da arvadım mənə zəng etdi. Lakin zənginə cavab vermədim. Saat 02:00-da evə gəldikdən sonra, həyətdə başqa qadınla telefonla danışdım. Bu zaman arvadım mənə qulaq asdı, mənim danışıqlarımı eşitdim. Beləliklə aramızda mübahisə yarandı. Mübahisə edə-edə evə girdik. Evdə də mübahisələrimiz davam etdi. Mübahisə zamanı arvadımı sakitləşmədiyindən və məni təhqir etdiyindən onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirdim. Bilmədən onun sol qolunu zədələdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda əməlindən peşmandır. O, ailəsinin dağılmasını istəmir, barəsində yüngül cəza təyin edilməsini xahiş edib. N. Babayev arvadı tərəfindən ona mülki iddianı qəbul etmir, əməliyyat xərci barəsində xəstəxanadan hər hansı sübut təqdim etməyib. 
İş üzrə zərərçəkmiş Mətanətin sözlərinə görə, əri Natiq ilə aralarında tez-tez mübahisələr baş verir, mübahisələrin əsas səbəbi ərinin tez-tez digər qadınlarla münasibətlərinin olmasıdır: “Hadisədən əvvəlki gün ərim Bakı şəhərinə işlə bağlı getdi və təxminən saat 20:00-da geri qayıtdı. O, yaşadığımız evə gəldi. Evə gəldikdən sonra ərimə şam yeməyi hazırladım. Yeməyini yedikdən sonra saat təxminən 22:00-da evdən çıxaraq getdi. Təxminən saat 01:45-də ona zəng etdim, lakin zəngimə cavab vermədi. Saat 02:00-da həyətdən ərmin danışıq səslərini eşitdim. Otaqdan çıxaraq pilləkanın yanında ərimin başqa qadınla danışığına qulaq asmağa başladım. Ərim onun danışığına qulaq asdığımı gördü, zəngi sonlandırdı. Bu zaman ərimə "Get başqa qadınlarla küçədə danış” dedim. Ərimi isə cavab olaraq "Mən sənə deməmişəm ki, sənin bu evdə səsin çıxmasın” dedi. Bunu dedikdən sonra evə girdik. Evdə mübahisə evdə davam etdi. Ərim bədənimin müxtəlif nahiyyələrinə, üzümə, başıma, belimə, qarın boşluğuma yumruq və təpik zərbələri endirdi. Sol qol nahiyyəmə təpik zərbəsi vurdu. Zərbələrin təsirindən ağız boşluğum, dodaqlarım qanamağa başladı”. 
Zərərçəkmiş şəxs qeyd edib ki, daha sonra həyətdə olan qayınatısıgilə məxsus evə gedib və valideynlərinə zəng edərək çağırıb. Zərərçəkmiş şəxs əlavə olaraq bildirib ki, əri ona yetirdiyi xəsarətlərə görə əməliyyat olunub, çoxlu müalicə kursu keçib: “Həmdə bununla əlaqədar mənəvi iztirablar keçirdim, ailəm dağıldı. Sağlamlığıma dəymiş xəsarətin bərpasına 2700 manat xərcləmişəm. Həmçinin səhhətimlə əlaqədar əmək fəaliyyətimi də bir müddət itirmişəm. Evdə uşaqlarla məşğul olaraq uşaqlarımın və özümün maddi tələbatımı təmin edirdim. Anam tərəfindən sağlamlığının bərpası məqsədi ilə kredit götürülüb, mənə sərf edildim. Hazırda ərimlə boşanmaqla bağlı da məhkəmədə iddia qaldırmışam. Ondan şikayətçiyəm, mülki iddiamın təmin edilərək mənə dəymiş maddi ziyan olaraq 2700 manatın, mənəvi ziyan kimi 2000 manatın ödənilməsini istəyirəm”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə N. Babayev 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Ona cəzaçəkmə müddətində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
N. Babayev məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi qadağan edilib. Onun üzərinə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılıb.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri