Icma.az
close
up
RU
İki ölkədə hakimiyyət dəyişdi, növbəti məkan açıqlandı: Vətəndaş müharibəsi anonsu

İki ölkədə hakimiyyət dəyişdi, növbəti məkan açıqlandı: Vətəndaş müharibəsi anonsu

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Meksikada “Z” nəslinin başlatdığı kütləvi etirazlar nəticəsində paytaxtda polislə gənclər arasında toqquşmalar yaşanır. Gənc etirazçıların hökumətə qarşı yönəlmiş narazılığı təkcə Meksikanın daxili problemləri ilə məhdudlaşmır; bu proses son aylarda dünyanın müxtəlif bölgələrində müşahidə olunan daha geniş bir tendensiyanın davamı kimi qiymətləndirilir.

Bir müddət əvvəl Nepalda hökumətin devrilməsinə səbəb olan etirazların əsas aparıcı qüvvəsi də məhz “Z” nəslinin fəalları idi. Eyni zamanda Madaqaskar və Afrika qitəsinin bir sıra ölkələrində oxşar gənclik hərəkatları davam aktivləşib. Bu, yeni nəslin qlobal miqyasda siyasi, sosial və iqtisadi dəyişiklik tələblərinin dərinləşdiyini göstərir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Meksikada baş verən proseslərin pərdə arxasında kənar qüvələrin olması istisna deyil:

“Regionun geosiyasi çəkisi, xüsusilə də narkotik kartelləri ilə mübarizə adı altında ABŞ-ın illərdir Mərkəzi Amerikada təsirini gücləndirməsi, Vaşinqtonun proseslərə dolayı yollarla müdaxilə imkanlarını real ehtimal olaraq gündəmə gətirir. ABŞ uzun müddətdir ki, Meksikanın təhlükəsizlik infrastrukturunda, hərbi əməkdaşlıq və kəşfiyyat sahələrində dominant rol oynayır. Bu da daxili proseslərdə müəyyən təsir imkanları yaratdığını göstərir.

Daxildə artan toqquşmaların daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı isə Meksikanın hazırkı siyasi və sosial baxımdan həssas strukturu fonunda kifayət qədər real görünür. “Z” nəsli küçələrdə aktivdir, kartellər zəifləmək əvəzinə daha aqressiv davranır, siyasi institutlar isə ciddi etimad böhranı yaşayır. Bu faktorların uzantısı olaraq, gərginliyin nəzarətdən çıxması, regional kombinasiyaların dəyişməsi və prosesin vətəndaş müharibəsinə bənzər parçalanma riski yaratması mümkündür. Belə ssenari Vaşinqton üçün həm “təhlükəsizlik müdaxiləsi”ni əsaslandıran, həm də regionda öz təsir alətlərini genişləndirən şərait formalaşdırır.


Kənan Novruzov

Proseslərin Ağ Evin maraqlarına uyğun şəkildə inkişaf etməsi ehtimalı da buradan qaynaqlanır. Zəifləyən siyasi hakimiyyət, parçalanmış sosial struktur və artan zorakılıq Vaşinqtonun Meksikada daha sərt, dərin və uzunmüddətli iştirakını legitimləşdirir. Bu isə həm sərhəd nəzarəti, həm regional enerji qovşaqları, həm də təhlükəsizlik əməkdaşlığı kimi kritik sahələrdə ABŞ-ın mövqelərini möhkəmləndirən strateji bir nəticə ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri