Icma.az
close
up
RU
“Dost idik, indi düşmənik, aramızı vurdular, mənə yox onlara inandı” FOTO+ÖZƏL

“Dost idik, indi düşmənik, aramızı vurdular, mənə yox onlara inandı” FOTO+ÖZƏL

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Yalçın Uğur verilişində dedi ki, “indi bura sizin üçün bir adam gələcək, onunla danışmırsınız”. Dedim ki, vallah mənim küsülü olduğum kimsə yoxdur, kim gəlirsə xoş gəlsin. Həmin verilişdə Nazilə Səfərli də qonaq idi. O dedi ki, “Zülfiyyə xanıma kimsə pislik edərsə, haqqını tapdalayarsa qarşısında məni görər”. Bunu da yozdular, kimlərinsə fotoları ilə birləşdirib paylaşdılar. Nazilə xanıma orada heç kimə söz atmayıb, sadəcə məni qorumaq üçün bu sözləri ümumi deyib”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra “aşıq Telli Borçalı ilə barışmısız?” sualına belə cavab verib:


“Xeyr, barışığımız olmayıb. Mənə bir addım gələnə, mən beş addım gedərəm, bir addım uzaqlaşandan da on beş addım uzaqlaşaram. Ürəyimdə heç kimə qarşı kin saxlayan adam deyiləm. 5 günlük dünyadır. Niyə kin saxlamalıyam ki? Allah mərdimazara lənət etsin! Elə bir başlıq altında xəbəri verdi ki, o da o xəbərə uydu! Məni bu yandırıb tökür. İnsanın ərk etdiyi adam belə edəndə ona çox pis təsir edir. Ona görə də heç  kimə güvənmirəm. Bizim aramızı vurdular. Mən ona nə qədər başa saldım, izah etdim, o dediyindən dönmədi. Təkcə onu söylədi ki, mənə belə dedilər. Get o zaman deyilənlərə inan! Neynirsən et! Sənin məndən çörəyin, suyun gəlmir, mənim də səndən. Sadəcə dost idik, indi düşmənik. Adam gəlib restoranımda yemək yeyib, pulunu verib. “Yığışdır, vermə” deyəndə belə ofisianta hörmət edib. Mən onun haqda artıq-əskik nəsə danışa bilərəm? Allah adamın ağzını əyər” deyə sənətçi bildirib.


Zülfiyyə İbadova müflis olub, borca düşməsi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:


“Restoranı mən bir dostumla şərik almaq istəyirdim. Elə oldu ki, o pul tapa bilmədi. Biz də artıq bu işin içinə girmişdik, pulun yarısı verilmişdi. Ondan sonra çıxılmaz bir vəziyyət yarandı. Mən restoranı tək alası oldum. Kreditə girdim, restoranı götürdüm. Yavaş-yavaş ödəyirik də. Yalandan şişirtmə məbləğ yazırlar. Müəyyən qədər borcum var. Guya kimin borcu yoxdur ki? Kimi dindirsən banka borcu var. Mən də onlardan biri. Təki insan sağlamlığına heç nə olmasın, qalan hər şey gəldi-gedərdi” deyə aşıq bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri