Icma.az
close
up
RU
Dostluq mesajları problemi həll etmir ANALİTİK

Dostluq mesajları problemi həll etmir ANALİTİK

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya dəyişməyincə, münasibətlər bərpa olunmayacaq


 “Ədalət və bərabərlik olmadan Rusiya ilə dostluq mümkün deyil” 


Rusiyanın Azərbaycandakı səfirliyi rəsmi hesabında diqqətçəkən bir paylaşım edib. Paylaşımda bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Omsk şəhərində yerləşən Rusiya Ordusunun Maddi-Texniki Təchizat Akademiyasının filialında təhsil alan azərbaycanlı kursantlarla görüş keçirib. Səfir kursantlara təhsillərində və gələcək xidmətlərində uğurlar arzulayıb, onların tədris prosesi və yaşayış şəraiti ilə maraqlanıb.

Azərbaycanlı kursantlar isə öz növbəsində Rusiya tərəfinin onlara göstərdiyi diqqət və qayğıdan məmnun qaldıqlarını bildiriblər. Görüşdə Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Kənan Təhməzov da iştirak edib. Lakin bu hadisəni fərqləndirən əsas məqam - Rusiya səfirliyinin bu məlumatı paylaşmasıdır. Məlumatı Azərbaycan tərəfi deyil, Bakıdakı Rusiya səfirliyi yayıb. Bu isə son aylarda gərginləşən Rusiya-Azərbaycan münasibətləri fonunda müsbət jest və diplomatik siqnal kimi qiymətləndirilir. Rusiyanın Azərbaycandakı səfirliyi bu gün rəsmi hesabında diqqətçəkən bir paylaşım edib. Paylaşımda bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Omsk şəhərində yerləşən Rusiya Ordusunun Maddi-Texniki Təchizat Akademiyasının filialında təhsil alan azərbaycanlı kursantlarla görüşüb.


Mövzu ilə bağlı Sherg.az-a danışan politoloq Abutalıb Səmədov Azərbaycanın Rusiyadakı səfirinini Omsk şəhərində yerləşən Rusiya Ordusunun Maddi-Texniki Təchizat Akademiyasının filialında təhsil alan azərbaycanlı kursantlarla görüş keçirməsini ümumilikdə müsbət addım kimi dəyərləndirib. 

Onun sözlərinə görə, bu cür görüşlər milli maraqlar baxımından önəmlidir, çünki xaricdə təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin saxlanması, onların dövlətimizlə mənəvi bağlarının gücləndirilməsi vacib məsələdir. Lakin politoloq hesab edir ki, nə səfirin bu görüşü, nə də Rusiyanın Azərbaycandakı səfirliyinin bu barədə paylaşımı iki ölkə arasındakı münasibətlərin real vəziyyətinə ciddi təsir göstərəcək addım deyil:

“Azərbaycan-Rusiya münasibətləri hazırda həssas mərhələdədir və vəziyyətin normallaşması üçün açıq şəkildə bəyan olunmuş şərtlər var. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün konkret addımlar atılmalıdır. AZAL təyyarəsinin vurulması hadisəsinə görə məsul şəxslər cəzalandırılmalı, Rusiya tərəfi rəsmi şəkildə üzr istəməli və Azərbaycana dəymiş zərər üçün təzminat ödənilməlidir. Bu şərtlər yerinə yetirilmədiyi müddətdə münasibətlərin düzəlməsi, diplomatik jestlərin və ya simvolik görüşlərin real nəticə verməsi mümkün deyil”.


A.Səmədovun fikrincə, Rusiya tərəfi bu cür paylaşımlarla sanki münasibətlərin pozitiv fonunu yaratmağa çalışır, lakin bu, reallığı dəyişmir:

“Azərbaycan cəmiyyəti və siyasi elitası artıq yaxşı anlayır ki, Rusiyanın regiondakı siyasəti hələ də köhnə imperiya təfəkkürünə söykənir. Moskva keçmiş sovet respublikalarına hələ də "kiçik qardaş" münasibəti göstərməkdə davam edir. Bu yanaşmadan imtina etmədən, Rusiya ilə bərabərhüquqlu münasibətlər qurmaq qeyri-mümkündür”.


Politoloq hesab edir ki, Rusiya rəhbərliyi imperiya düşüncəsindən tam şəkildə uzaqlaşmalı, keçmiş sovet məkanını öz təsir dairəsi kimi görmək siyasətinə son qoymalıdır: 

“Rusiya normal dövlətçilik prinsipləri əsasında davranmalı, qonşularına hörmətlə yanaşmalıdır. Təəssüf ki, hazırkı Kremlin siyasi xətti, xüsusilə də Ukraynaya qarşı başlatdığı müharibə – bu niyyəti tam əks etdirir. Ukrayna müharibəsinin kökündə də məhz imperiyanın bərpası ideyası dayanır. Bu isə bütün region ölkələri üçün təhlükə yaradır”.


A. Səmədov qeyd edib ki, əslində, keçmiş sovet respublikaları üçün Ukraynadakı müharibənin uzanması müəyyən mənada onların xeyrinə olub: 

“Keçmiş sovet respublikalarının xoşbəxtliyi ondadır ki, Ukrayna  müharibəsi gözlənildiyindən daha çox uzandı və hələ bir az da uzanmaq ehtimalı var. Bu müharibə Rusiyanın hərbi, iqtisadi və siyasi gücünü ciddi şəkildə zəiflətdi. Rusiya artıq əvvəlki kimi regionda diktə edən mövqedə deyil və bu proses davam etdikcə onun təsir imkanları daha da azalacaq. Bu, postsovet məkanında müstəqil siyasət aparmaq istəyən dövlətlər üçün bir fürsətdir”.


Politoloq vurğulayıb ki, Rusiya real dəyişikliklərə getməyənə, öz işğalçılıq və hegemon siyasətindən əl çəkməyənə qədər Azərbaycanla münasibətlərin normallaşması mümkün olmayacaq: 

“Simvolik diplomatik jestlər, sosial mediada paylaşılan görüşlər və ya dostluq mesajları problemi həll etmir. Münasibətlərin bərpası yalnız ədalət, qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində mümkündür. Rusiya bu prinsipləri qəbul etməyincə, Azərbaycanla münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri