Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilənlər Afiq Hacıəliyevin 18 il, 6 ay, Natiq İmamcanovun 4 il azadlıqdan məhrum edilməsini və onun zaldan həbs olunmasını məhkəmədən istəyib.
Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. Növbəti proses 13 may saat 14:00-a təyin olunub.
Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə boğazından bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olmuşdur. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunmuş, Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 22 Aprel 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















