Atasını öldürən oğula AĞIR CƏZA tələbi
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilən Ayxan Vəlizadənin 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 2 sentyabra təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Onun oğlu 19 yaşlı Ayxan Vəlizadə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, A.Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 12 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















