Icma.az
close
up
RU
Dövlət başçıları təhlükəsizliklərini gücləndirməyə məcburdurlar

Dövlət başçıları təhlükəsizliklərini gücləndirməyə məcburdurlar

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vaxtilə Türkiyə kəşfiyyatı PKK lideri Abdulla Öcalanı Keniyadan götürmüşdü. Eləcə də İsrailin kəşfiyyat qurumu olan Mossad yəhudi xalqına qarşı soyqırımı törədən şəxsləri müxtəlif ölkələrdə ələ keçirərək İsrailə gətirib və məhkəmə qarşısına çıxarıb. Tarixdə belə nümunələr kifayət qədərdir. Bir ölkənin birinci şəxsini aradan götürmək və ya itkisiz şəkildə ölkədən çıxarmaq isə tamam ayrı bir məsələdir. Prezident Donald Tramp göstərdi ki, ABŞ buna qadirdir. Düzdür, bir neçə il əvvəl ABŞ Əfqanıstandan biabırçı şəkildə çıxdı və Tramp özü də bunu rüsvayçılıq adlandıraraq kəskin tənqid edirdi”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə səsləndirib.

A. İsazadə xatırladıb ki, ABŞ tarixində uğursuz əməliyyatlar da az olmayıb:

“Vaxtilə İranda əsir düşən amerikalıların azad edilməsi ilə bağlı əməliyyat fiasko ilə nəticələnmişdi. Eləcə də Vyetnam müharibəsində ABŞ üçün uğurlu olmayan çoxsaylı əməliyyatlar olub. Lakin hazırda ABŞ texniki imkanlar və planlaşdırma baxımından xeyli irəliləyib və yüksək səviyyədə hazırlanmış əməliyyat nəticəsində Venesuela prezidenti Maduronu yatağından götürə bilib”.

Onun sözlərinə görə, ABŞ-ın başqa bir ölkənin prezidentini ələ keçirməsi beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır:

“Söhbət Venesuela prezidentinin legitimliyindən getmir. Onun beynəlxalq aləmdə müsbət imici də yoxdur. Digər tərəfdən, Tramp bu əməliyyat barədə Konqresə əvvəlcədən məlumat verməyib və bir sıra hüquqi prosedurlar gözlənilməyib. Burada əsas məsələ qaydaların dəyişməsidir. Prezident Tramp bu addımı ilə göstərir ki, güc amili hər şeydən üstündür. Yəni “güclü istədiyini edə bilər” məntiqi formalaşır. Bu isə tamamilə yeni bir presedentdir”.

A. İsazadə 

Hərbi ekspert bildirib ki, normal şəraitdə bir ölkənin başqa bir ölkə ərazisində əməliyyat keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanır və tənqid olunur: “Bu dəfə isə biz bunu görmürük. Belə addımlar güclü dövlətlərin əl-qolunu daha da açır. Rusiya onsuz da illərdir beynəlxalq hüquqa məhəl qoymur, Ukraynada və ondan əvvəl Suriyada müharibə aparıb. Çin isə indiyədək daha çox qaydalar çərçivəsində davranmağa çalışırdı, amma mövcud vəziyyət ona da müəyyən imkanlar yarada bilər”.

A. İsazadə əlavə edib ki, Venesuela prezidentinin ələ keçirilməsindən sonra belə fikirlər səslənir ki, Çin Tayvan rəhbərini, Rusiya Ukrayna prezidentini, başqa bir dövlət isə düşmən saydığı ölkənin liderini ələ keçirə bilər:

“Lakin unudurlar ki, bunun üçün təkcə istək kifayət deyil. Dəqiq planlaşdırma, müasir texnologiyalar, etibarlı kəşfiyyat məlumatları lazımdır. Digər tərəfdən, məsələn, Rusiya Ukrayna rəhbərini ələ keçirsə belə, bu, müharibəni dayandırmayacaq. Çinlə bağlı da qəti fikir söyləmək çətindir. Amma bir həqiqət var ki, belə hadisələrdən sonra Rusiya prezidenti, Çin rəhbəri və digər dünya liderləri şəxsi təhlükəsizliklərinə daha ciddi yanaşacaq və onu gücləndirəcəklər. Bu da tamamilə normaldır. Bir sözlə, baş verənlər yeni presedent yaradır və mövcud beynəlxalq qaydaları faktiki olaraq aradan qaldırır”.

Nemət ORUCOV

Reyting.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri