Dövlət başçısı CAR Prezidentini təbrik edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbatcan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozanı təbrik edib.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Baxış sayı:120
Bu xəbər 27 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















