Icma.az
close
up
RU
Dövlət büdcəsindən qoparılan milyonlarla dollar idman kompleksləri gənclərin işinə yarayırmı?

Dövlət büdcəsindən qoparılan milyonlarla dollar idman kompleksləri gənclərin işinə yarayırmı?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda olimpiya idman kompleksləri əvvəlki sürətlə inşa olunmur. Bu istiqamətdə ajiotaj əhəmiyyətli dərəcədə azalıb. Amma yeni komplekslərin tikintisi planı da var. Məsələn, axırıncı dəfə Gənclər və İdman Nazirliyinin Yevlax Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların satın alınması ilə bağlı tenderin qalibinin elan etməsi diqqət çəkmişdi. Bura 18 milyon manatdan çox vəsaitin sərf olunacağı da dəqiqləşmişdi. Hələ bu, xərcin hamısı deyil. Yevlaxdakı kompleksə əvvəllər də pul ayrılıb. Komplekslər onmilyonlarla manata başa gəlir.

Bizimyol.info xəbər verir ki, Qazax 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” olacaq. Goranboy 2026-cı ilin, İsmayıllı 2027-ci ilin “Gənclər Paytaxtı” seçilib. Sosial platformalarda bu xəbərlərlə bağlı çox gözəl rəylər gözə dəyir. Elə bu yerlərdə yaşayanlar yazır ki, Qazax, Goranboy, İsmayıllıdan nə qədər gənc Bakıya köçüb. Yəni gənclər paytaxtı seçilməklə deyil, gərək şəhərdə həm də yaşam imkanları olsun, gənclər burada yaşamaq istəsin.

Gənclər və İdman Nazirliyi 2012-ci ilə olimpiya komplekslərinə 200 milyon manat xərcləndiyini açıqlamışdı. Onda hələ devalvasiya qeydə alınmadığından, təxminən 260 milyon dollardan söhbət gedirdi. 2018-ci ildə Beyləqan Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon manat ayrılmışdı. Astaradakı Mərkəzi Olimpiya Mərkəzinə 2006-2012-ci illərdə 12,6 milyon xərclənmişdi. Cəlilabad Olimpiya İdman Kompleksinin inşasına 2007-2013-cü illərdə 14,4 milyon manat getmişdi. Oğuz Olimpiya İdman Kompleksinin tikintisi 2005-2008-ci illərdə baş tutmuşdu. O vaxt 6 milyon manatdan bir qədər çox xərcdən danışılırdı.

Qobustanda 5,6, Kürdəmirdə 7,3, Balakəndə 7,8, Şağanda 8,2, Şəmkirdə 9,2, Qəbələdə 11, Ağdaşda və İmişlidə 13, Xaçmazda 13,2, Sumqayıtda 15,7, Şirvanda 17, Göygöldə 18,3 milyon manata idman kompleksinin tikintisinin başa gəldiyi bildirilmişdi. Amma sonradan xərcin artdığı epizodlar da olub. Məsələn, Şağandakı kompleksin xərci 10 milyon manata çatıb. Təəssüf, bütün müəssisələrlə bağlı ətraflı məlumat verilmir.

Göründüyü kimi, belə idman müəssisələri 10-15 milyon dollar civarında xərc aparır. İndiyə qədər ölkədə 47 olimpiya idman kompleksi inşa edilib. Biz hələ ayrıca olimpiya, paralimpiya, təlim, sağlamlıq mərkəzlərini, gənclər evlərini, idman məktəblərini, sarayları nəzərə almırıq. Belə görünür ki, 600-700 milyon dollardan az xərclənməyib. Bəlkə də, ümumi xərc milyard dollara çatıb.

Bəs həmin komplekslər gənclərin işinə nə dərəcədə yarayır? İdmanın inkişafında bu müəssisələrin hansı rolu var?

Əminliklə gənclərin işinə yaramadığını, idmanın inkişafına xidmət etmədiyini deyə bilərik. Qiymətlər xüsusilə bölgə camaatının cibinə uyğun deyil. Məsələn, üzgüçülük hovuzundan aylıq istifadə 50 manatdan baha başa gəlir. Rayonlarda barmaqla sayılacaq qədər adam bunu özünə rəva görə bilər. Komplekslərin əksəri dövlətin puluna tikilsə də, yerli camaata xidmət göstərmir. Gənclərə xidmətdən də danışmağa dəyməz. Bu şəraitdə hansı rayonun idman və ya gənclər paytaxtı elan olunmasının da əhəmiyyəti qalmır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri