Icma.az
close
up
RU
Dövlət büdcəsinin vəsaitləri hara xərclənib? STATİSTİKA

Dövlət büdcəsinin vəsaitləri hara xərclənib? STATİSTİKA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“2025-ci ilin dövlət  büdcəsinin icrası təsdiq edir ki, ötən il fiskal diversifikasiya meyilləri daha da sürətlənib. Belə ki, qeyri neft-qaz sektorunun dövlət büdcəsinə töhvəsi 20 milyard 356 milyon manat olub. Bu büdcə gəlirlərinin 52 faizi deməkdir. Göründüyü kimi, fiskal gəlirlərimizdə qeyri neft-qaz sektoru enerji sektoruna nisbətən daha çox paya malikdir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub ki, onun da 73.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb.
Bu qeyri neft-qaz sektorundan 12 milyard manatdan çox daxil olma deməkdir:
 

"2025-ci ildə görmrük orqanları dövlət büdcəsində 6 milyard 369 milyon manat ödəyiblər. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alsaq, gömrük qurumlarının funksiyası fiksal hədəflərdən daha çox iqtisadi təhlükəsizliyin daha da gücləndirilməsidir. Bu baxımdan, Azərbaycanda da ekosistemdəki mövcud keyfiyyət dəyişikliklərini nəzərə alsaq, gömrük xətti ilə fiskal ödənişlərin azalması iqtisadi baxımdan anlışılan olmalıdır.


Digər tərəfdən, dövlətin sahibkarlara güzəşt dəstəyinin genişləndirilməsi də bu istiqamətdə gəlirlərə birbaşa təsir göstərir. Qeyri neft-qaz sektoru üzrə vergi tədiyyə növləri üzrə icra göstəricilərinə diqqət yetirəndə qeyri neft-qaz sektorunda mənfəət vergisi üzrə proqnoza 219 milyon manat və ya 5.3 faiz az əməl edilməsi diqqəti xüsusi cəlb edir. Bu baxımdan, iqtisadi islahatların dərinləşdiyini nəzər aldıqda birbaşa vergilərin payının artırılması prioritet olaraq qalmaqdadır".
Deputat qeyd edib ki, bəzi daxilolma mənbələri üzrə büdcəyə ödənilən vəsaitin məbləğində proqnoza nisbətən kəskin kənarlaşmalar və xüsusən də artımlar qeydə alınıb:
"Məsələn, proqnoza nisbətən torpaqların icrayə və idarəetməyə verilməsindən daxil olan vəsait 36.8 faiz, büdcə təşkilatlartın ödənişli xidmətlərdən əldə edilən vəsait 24.0 faiz, sair daxilolmalardan büdcəyə ödənilən vəsait 45.5 faiz çox olub. Artımların daha yüksək faiz ilə ifadə olunması birmənalı şəkildə müsbət məqamdır. Bununla yanaşı, həmin maddələr üzrə proqnozlar hazırlanan zaman fundamental dəyişikliklərin tam nəzərə alınması olduqca vacibidr.
Xərclər maddəsi üzrə 2025-ci ildə sosial paketin reallaşması xüsusilə qeyd edilməlidir.
2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. Sənədlə tanışlıq göstərir ki, 2025-ci ildə sosial istiqamətə 15 milyard 254 milyon manat ayrılıb. Bu müstəqillik illərində sosial istiqamətə ayrılan ən yüksək məbləğdir".
Vüqar Bayramov vurğulayıb ki, xərclər maddələri üzrə əsas dəyişikliklərdən biri əksər xərc maddələri üzrə proqnoza nisbətən daha az vəsaitin xərclənməsidir:
 

"Belə ki, ötən il təhsil xərcləri 5.7 faiz, elm xərcləri 13.2 faiz, səhiyyə xərcləri 4.2 faiz, kənd təsərrüfatı xərcləri 3.1 faiz az vəsait ayrılıb. Büdcə icrası ilə bağlı hesabatda proqnoza nisbətən az xərcləmənin səbəbi hər bir sektor üzrə sifarişlər ilə əlaqələndirilib. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən xərclərin səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən fəaliyyətlər təqdirəlayiqdir və dəstəklənməlidir. Bununla yanaşı, növbəti büdcə proqnozlarında sifarişlərin öncədən daha konkret nəzərə alınması da vacib olaraq qalmaqdadır".


Deputat əlavə edib ki, 2025-ci ildə işğaldan azad olunan ərazilərimizə 4 milyard 454 milyon manat vəsait ayrılmışdır:
“Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı işğaldan azad olunan ərazilərimizdə müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrıldığını bildirdi. 
Dövlət başçımız əlavə etdi ki, bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır. Son rəsmi statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb və 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın daxili maliyyə mənbələri, dövlət büdcəsi hesabına Qarabağ yenidən qurulur və inkişaf edir" - deyə Milli Məclisin üzvü qeyd edib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 İyun 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri