Dövlət Departamenti Səudiyyəyə 48 ədəd F 35 satışını təsdiqlədi
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 Lightning II beşinci nəsil qırıcı təyyarəsi və digər hərbi texnikanın satışı ilə bağlı potensial müqaviləni təsdiqlədiyini açıqlayıb.
Moderator.az qurumun İnternet saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 24,3 milyard dollar təşkil edir. Ona qırıcı təyyarələrlə yanaşı, 49 ədəd Pratt & Whitney F135-PW-100 mühərrikinin, eləcə də rabitə avadanlıqlarının, ehtiyat hissələrinin və digər əlaqəli avadanlıqların tədarükü də daxildir: "Bu təklif olunan əməliyyat, Fars körfəzi bölgəsində siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayan əsas NATO olmayan müttəfiqin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini irəli aparacaq".
Nazirlik həmçinin əlavə edib ki, qırıcı təyyarələrin satışı "bölgədə hərbi tarazlığı pozmayacaq".
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını NATO xaricində əsas ABŞ müttəfiqi elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 18 Sentyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















