Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin layihə müsabiqəsi üzrə növbəti pitçinq keçirilib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nin sentyabrın 12-də pitçinq mərhələsinin ikinci sessiyası keçirilib.
525.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, tədbir çərçivəsində "İlbiz", "Yun çubuğu", "İşıq", "Rüzgarın melodiyası", "Zamanın səssizliyi", "Həyatdan kənar", "Ağacdələn", "Divarın o üzü" adlı ümumilikdə 8 qısametrajlı bədii film layihəsi Ekspert şurası və Seçim komissiyasına təqdim edilib.
"Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Sentyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















