Icma.az
close
up
RU
Dövlət dili, milli kimlik və medianın strateji rolu: Real çağırışlar

Dövlət dili, milli kimlik və medianın strateji rolu: Real çağırışlar

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“Dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsində ətraflı danışması, yeni informasiyalar verməsi, həmçinin, praktiki təkliflər səsləndirməsi, bu məsələyə ali səviyyədə göstərilən həssaslığın göstəricisidir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında “Türküstan” Media Qrupunun baş redaktörü Aqil Camal söyləyib.

Onun sözlərinə görə, bu gün qloballaşma, texnoloji inkişaf, informasiya sərhədlərinin şəffaf olması dilə yeniliklər gətirməklə bərabər, təhdidləri, zərərləri də gətirir:

“Ona görə də, dövlət dilinin qorunmasına və inkişafına məsul olan qurumlar müasir çağırışları vaxtında qiymətləndirib dinamik şəkildə çalışmalıdır. Burada, ilk növbədə, yeni söz yaradıcılığı dilimizi yad elementlərdən qoruya bilər”.

Ölkə başçısının dillə bağlı budəfəki fikirlərində daha çox Azərbaycandan kənarda yaşayan soydaşlarımıza mesajlar göndərdiyini deyən Aqil Camal qeyd edib ki, bu sahədə görülməli işlər daha çoxdur:

“Prezident dəfələrlə çıxışlarında azərbaycanlılar haqqında danışarkən “50 milyon” ifadəsini işlədib. Son müsahibəsində də, bu rəqəmə istinad etdi. Bəllidir ki, 50 milyonun 40 milyonu İranda - Güney Azərbaycanda öz tarixi torpaqlarında yaşayır. Eynilə, Borçalıda, Dərbəddə yaşayan soydaşlarımız dədə-baba torpaqlarında sakin olsalar ki, Azərbaycan ədəbi dilinin yazı və poetik təsir dairəsindən kənarda qalıblar”.

Aqil Camal: Dövlət dilinin qorunmasına və inkişafına məsul olan qurumlar müasir çağırışları vaxtında qiymətləndirib dinamik şəkildə çalışmalıdır

Müsahibimiz vurğulayıb ki, son yüz ildə təkmilləşmiş, cilalanmış, zənginləşmiş Azərbaycan dilinin 50 milyonun vahid ədəbi dili səviyyəsinə yüksəldilməsi üçün bu gün ölkə mediasının, xüsusilə, televiziya kanallarının üzərinə böyük iş düşür:

“Bu gün qeyd etdiyimiz ölkələrdə və ya, bölgələrdə yaşayan soydaşlarımız Azərbaycan televiziyalarını izləyirlər. Telekanalların üzərinə bu məsələdə iki vəzifə düşür: Birincisi, ədəbi dil qaydalarına riayət etmək, yanlış örnək verməmək. İkincisi, xaricdəki soydaşlarımız üçün xüsusi dil proqramları, TV dərslər hazırlamaq. Prezident də son müsahibəsində dilin qorunması və təşviqində jurnalistlərin, televiziya kanallarının rolunu xüsusi qeyd etdi”.

Murad Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri