Icma.az
close
up
RU
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl ölkə mediasında COP29 ərəfəsində və beynəlxalq tədbirin ölkəmizdə keçirildiyi dövrdə müxtəlif dairələrin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı sabiq diplomatlardan istifadə edərək təxribatlar hazırlaması barədə məlumat yayılmışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kod adı “Cavanşir” olan və uzun müddət xaricdə yaşayan bu şəxslərdən biri artıq istintaq altındadır.

Diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal” ləqəbli Ramiz Vəliyev adlı digər şəxs isə ciddi şübhə obyekti olaraq qalmaqdadır.

Bildirilir ki, “kiçik adam sindromu”ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.

Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki “söyüş müxalifəti” ilə əlbir olaraq kompromatlar ötürüb.

Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Məlumata görə, R.Vəliyev şərqşünas olduğunu iddia etsə də, ərəb dilində heç danışa da bilmir.

Sirr deyil ki, Livan müxtəlif qüvvələrin və casus oyunlarının tüğyan etdiyi bir məkandır. Bakıda olduğu müddətdə bu şəxs dövlət qurumlarında təzədən təmaslar qurmağa, məlumatlar toplamağa və ötürməyə çalışıb.

Ramiz Vəliyevin vaxtilə işlədiyi və həmkar olduğu şərqşünaslarla şübhəli əlaqələr həyata keçirdiyi barədə də məlumatlar var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Noyabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri