Icma.az
close
up
RU
“Dövlət evlərin tikintisi üçün nəzərdə tutulan məbləği vətəndaşın hesabına köçürməlidir” Qüdrət Həsənquliyev

“Dövlət evlərin tikintisi üçün nəzərdə tutulan məbləği vətəndaşın hesabına köçürməlidir” Qüdrət Həsənquliyev

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Cəbrayıl və Zəngilana Prezident Administrasiyasının “siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbə”sinin təşkil etdiyi səfərə siz də qatılmışdınız. Təəssüratlarınızı bizimlə bölüşməyi xahiş edirik.

-Səfərdə 70-ə qədər siyasi partiyalar, media, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdi. Səfəri təşkil etmiş və bizimlə birlikdə səfərdə iştirak edən Prezidentin köməkçisi Ədalət Vəliyevə və onun rəhbərlik etdiyi şöbənin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Təəssüf ki, səfər Milli Məclisin iclası ilə eyni günə təsadüf etmişdi və biz büdcənin icrasına dair hökumətin hesabatında iştirak edə bilmədik. Amma həmin gün ADP sədrinin ad günü olduğundan, Ədalət Vəliyev süfrə başında onu ad gününü münasibətilə təbrik etdi, onun xidmətlərindən danışdı.

Səfərin avtobuslarla 17-18 saat davam etməsi və iştirakçıların böyük əksəriyyətinin yaşa dolmuş insanlar olması səbəbindən səfər fiziki baxımdan çox yorucu oldu.

Səfər zamanı nümayəndə heyəti üzvlərinin bir-biri ilə görüşüb söhbətləşmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq imkanı da, Ədalət Vəliyevə müxtəlif məsələlərlə bağlı müraciət etmək imkanları da, əsəblərin tarıma çəkildiyi anlar da oldu.

Ən başlıcası işğaldan azad olunmuş ərazilərdə həyatı yenidən bərpa etmək üçün aparılan böyük tikinti-quruculuq işlərini müşahidə etdik. Cəbrayılın rayon mərkəzində, sənaye parkında olduq. Cəbrayılın rayon mərkəzində həyat artıq bərpa olunub, insanlar işlə təmin olunub, quruculuq işləri davam edir. Zəngilanda SES-də, yenidən tikilən kəndlərdə olduq, rayon mərkəzində dağıdılmış məscidin yerində tikilib dindarların istifadəsinə verilmiş məscidlə tanış olduq. Rayon mərkəzinin tikintisi davam etdirilir, inşaAllah tezliklə ora da yerli sakinlər dönəcək. Bölgəyə yüksək standartlara cavab verən dəmir və avtomobil yolları çəkilir.

-Qüdrət bəy, artıq şəxsi avtomobillərlə hər kəsə bölgəyə getməyə icazə verilir. Partiya sədrlərinin öz ailələri ilə birlikdə, sərbəst Qarabağa səfər etməsinə necə baxırsınız?

-Əlbəttə, rahatlıq baxımından şəxsi avtomobillə səfərin böyük üstünlüyü var və yəqin ki, bu formada turist səfərləri də olacaq. Çünki axşam artıq orada fəaliyyət göstərən mehmanxanalarda qalıb, dincəlib, səhərisi gün geri dönə bilərsən. Amma partiyaların birlikdə səfəri həm görülən işlərin təbliği, həm də milli birliyin ifadəsi baxımından çox önəmlidir. Bu zaman media nümayəndələri də səfərdə iştirak edir və səfəri işıqlandırırlar. Bundan başqa, səfər zamanı Ədalət Vəliyev növbəti dəfə bəyan etdi ki, bu kimi səfərlər könüllüdür və kim istəmirsə, qatılmaya bilər.

-Səfər zamanı sizi qane etməyən nəsə oldu?

-Tək məni yox, bir çoxları Cəbrayılda yaşayış binaları arasında istirahət üçün parkların salınmamasını, binaların bir-birinə çox yaxın olmasını və binaların qarşısında yaşıllığın yetərincə olmamasını çatışmazlıq kimi qeyd etdilər. Bundan başqa, özəl biznesin də bölgəyə gəlişi yetərincə deyil. İşlər əsasən dövlət sifarişləri əsasında həyata keçirilir. Fikrimcə, Azərbaycanda sənaye parkları ilə bağlı gözləntilər təəssüf ki, özünü tam doğrultmayacaq. Bu, milli mentalitet nəzərə alınmadan inkişaf etmiş ölkələrin təcrübəsindən götürülüb, amma nəzərə alınmayıb ki, məsələn, Rusiyada qonşular öz aralarında bir metr hündürlüyündə, arasında məsafə qoyulmaqla taxtadan hasar çəkir, Avropada kol və ya gül əkirlər, bizdə isə daşdan 6 metrlik hasar. Ona görə sahibkarlara imkan yaradılamlıdır ki, torpaq alıb özləri üçün həmin ərazidə istehsal və emal müəssiəsi, yaxud xidmət sahəsi açsın. Yerli sakinlərə kütləvi şəkildə öz evlərini yeni və fərqli layihələr əsasında tikməyə icazə verilməlidir. Bəlkə biri, daha geniş və fərqli dizayn olunmuş formada ev, otaqlar istəyir. Dövlət kömək etmək istəyirsə, kommunikasiya xəttlərini çəkməli və evlərin tikintisi üçün nəzərdə tutulan məbləği evini bərpa edənin hesabına köçürməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri