Icma.az
close
up
RU
“Vahid dövlət istintaq komitəsi yaradılmalıdır” Qüdrət Həsənquliyev

“Vahid dövlət istintaq komitəsi yaradılmalıdır” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Öncə hörmətli həmkarım Vüqar Bayramovun dediyi 5 faiz məsələsinə münasibət bildirmək istəyirəm. Burada məntiq var, amma hörmətli Əli Hüseynli ötən dəfə qeyd elədi ki, bu tipli cinayətlərin 90 faizi Daxili İşlər Nazirliyində istintaq olunur. Ona görə də, onlara ayrılacaq vəsaitin həcmi həddindən artıq çox ola bilər. Düşünürəm ki, məhz bu nəzərə alınaraq orada 5, digərlərində 25 faiz nəzərdə tutulub”.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Ümumiyyətlə Milli Məclisdə dəfələrlə polis işçilərinin işinin ağır olması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələ qaldırmışam və əməkhaqlarının artırılmasının zəruriliyini vurğulamlışam. Amma əməkhaqlarının bu formada artırılmasının, sosial müdafiənin gücləndirilməsinin əleyhinəyəm. Təsəvvür edək ki, bir nəfər dövlət əmlakının mənimsənilməsində, dövlətə ziyan vurmaqda ittiham olunur. İstintaq orqanı bilir ki, həmin məbləğ təsdiq olunsa, həmin vəsaitdən buna da ödəniş olunacaq. İstintaqa nəzarət edən prokuror və məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror da bilir ki, ittihamı müdafiə etsə, eyni zamanda hakim də bilir ki, ittihamı təsdiq etsə ona pul ödənilcəək.
Görün biz, dövlətə ziyan vurmaqda təqsirləndirilən şəxsin müdafiəsini nə qədər çətinləşdirirmiş oluruq. Ona görə də biz bunların hamısını ittihama meyilli edirik. Vəsait dövlətə köçürülməlidir. Dövlət də görürsə ki, polisin, prokurorun, hakimin əməkhaqqını artırmaq lazımdır, onu artırmalıdır. Onların gördüyü işin çətinliyinə, stressinə, oturaq vəziyyətdə olmalırna görə, və.s
Ona görə də mən bunun əleyhinəyəm və hesab edirəm ki, biz burada bununla vətəndaşların hüquqlarını xeyli dərəcədə pozuruq və onların müdafiəsini çətinləşdiririk”.
Millət vəkili həmçinin bildirib: “Mən hər zaman istintaq orqanlarının gördüyü böyük işləri, onların çətin işlərini yüksək qiymətləndirmişəm. Çünki özüm müstəntiq olmuşam, bu işin çətinliyini bilirəm. Amma bununla yanaşı, biz bir çox hallarda mütləq nöqsanlardan da danışmalıyıq. Bu o demək deyil ki, onların fəaliyyətində hansısa nöqsanlar yoxdur. Mən bu nöqsanların biri haqqında danışmaq istəyirəm. Bu təkcə polislə bağlı deyil, ümumiyyətlə, istintaq orqanlarına aiddir. Ümumiyyətlə, Azərbaycanda 8 dövlət orqanında istintaq idarəsi var. Buna nəzarət etmək xeyli dərəcədə çətindir. Ona görə də vahid dövlət istintaq komitəsi yaradılmalıdır. Qonşu dövlətlərin hamısı buna keçib, Azərbaycanda da bu istiqamətdə islahatların aparılmasına çox böyük ehtiyac var. Bundan başqa biz 2023-cü ilin sonunda Cinayət Prosessual Qanunvericiliynə 54-2-ci maddəni daxil etdik ki, şahid, şübhəli şəxs, təqsirləndirilən şəxs yalnız istintaqa çağırış vərəqəsi göndərilməklə dəvət olunmalıdır və çağırış vərəqəsində də onun hüquq və vəzifələri izah olunmalıdır və qeyd olunmalıdır ki, sən istintaqa müəyyən olunmuş vaxtda gəlməsən sənin barəndə məcburi gətirmək haqqında qərar qəbul olunacaq. Amma biz praktikada çox vaxt görürük ki, istintaq orqanları, hətta iş üzrə şahid keçən şəxsi birbaşa ya iş yerindən, ya da onun yaşadığın mənzilin düz qarşısından sanki ağır bir cinayət törətmiş bir qanqsteri tuturmuşlar kimi maşına basıb aparırlar. Telefonunu əlindən alırlar, qanunsuz olaraq onun telefonuna müdaxilə edirlər, oradan məlumatları götürürlər və sonra bir çox hallarda o məlumatlar vasitəsilə o şəxsə hətta ittihamlar elan olunur.
Ona görə də mən buradan Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edirəm - onlar məhkəmə ümumiləşdirmələri aparırlar, yəni bu, Məhkəmələr və Hakimlər haqqında Qanunla onların birbaşa səlahiyyətinə aid olan məsələlərdir. Onlar həm də məhkəmə statistikasını ümumiləşdirirlər-onlar araşdırsınlar, görsünlər ki, ümumiyyətlə, neçə şahidə çağırış vərəqəsi göndərilib. Ona görə ki, axı, çağırış vərəqələri, o cümlədən təqsirləndirilən şəxslərə, cinayət işinin materiallarına tikilir. Yəni hakimlər buna mütləq diqqət yetirməlidirlər. Və neçə təqsirləndirilən şəxs əvvəlcədən şahid kimi dindirilməyib. Bir çox hallarda insanlar şahid kimi müdafiəsiz, müdafiəçisi olmadan dindirilir, sonradan isə ona ittiham elan olunur. Halbuki, söylədiyim kimi onlara bu hüquqları izah olunmalıdır. Hətta bir çox hallarda şahidlər çox təəssüf ki, praktikada belə hallarda da var, vəkillə gedirlər və vəkil istintaqa buraxılmır, maneələr yaradılır və s.
Başqa bir nöqsan ondan ibarətdir ki, biz bilirik ki, yalnız cinayət işində şübhəli və təqsirləndirilən şəxslər cinayət təqibi zamanı onların ölkədən çıxışına qadağa qoyula bilər. Amma bəzən insan ailəsi ilə hava limanına gedir və bəlli olur ki, onun çıxışına qadağa qoyulub. Bizim Cinayət Prosessual Qanunvericiliyinə görə, şübhəli və təqsirləndirilən şəxs barəsində qəbul edilən qərar dərhal həmin şəxsə çatdırılmalıdır. Ona görə ki, həm Konstitusiyaya görə, həm də Prosessual Qanunvericiliyə həmin şəxslərin o qərarlardan şikayət etmək hüququ var. Yəni şəxsin çıxışına necə qadağa qoyula bilər və qadağa qoyulur, amma ona bu barədə məlumat verilmir ki, o adam bilsin ki, onun çıxışına qadağa qoyulub, yaxud həmin qərarı məhkəmələrdə mübahisələndirilsin. Ona görə hesab edirəm ki, bu məsələlərə də bizim müvafiq dövlət orqanları diqqət yetirməlidirlər və xüsusilə məhkəmələr bu məsələləri aydınlaşdırmalıdırlar. Məhkəmələr bunun qarşısını almalıdırlar və cinayət işinin materiallarında məhkəmə araşdırmaları zamanı fikir verməlidirlər ki, vətəndaşların prosessual hüquqları necə qorunub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri